Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çin Tayvana yaxın sularda hərbi təlimlərə başlayır –Agentlik

Bu həftə Çin Tayvana yaxın sularda hərbi təlimlərə başlayacaq.

Yenixeber.org: Bu barədə Çinin dəniz təhlükəsizliyi agentliyi məlumat yayıb.

Agentlik təlimlərin başlayacağı gün barədə dəqiq məlumat verməsə də, bildirilib ki, Tayvanın qərbindəki Çinin Quanqdonq və Fujian əyalətlərinin sahilləri və həmçinin Tayvanın şimal şərqində yerləşən Çjetsyan əyalətinin sahilləri hərbi təlimlərə görə qapadılıb.

Qeyd edək ki, rəsmi Pekin ötən həftə yaydığı açıqlamada bildirib ki, Tayvanın Çindən ayrılması istiqamətində hər hansı addım atanlara qarşı müharibə aparmağa hazırdır.

Tayvan Müdafiə Nazirliyi Çinin hərbi təlimləri ilə bağlı bəyanatında bildirib ki, onlar vəziyyəti yaxından izləyirlər.

“Milli ordumuz müdafiə qabiliyyətini gücləndirməyə davam edir və ordu xalqın milli təhlükəsizliyini müdafiə etmək iqtidarındadır”, – deyə Müdafiə Nazirliyinin bəyanatında qeyd edilib.

Xatırladaq ki, Tayvan may ayında genişmiqyaslı hərbi təlimlər keçirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam