Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çin təyyarələri 50 000 amerikalı hərbçini HƏDƏF ALDI -Sakit okeanda gərginlik PİK HƏDDƏ

 

Çin təyyarələri 50 000 amerikalı hərbçini HƏDƏF ALDI - Sakit okeanda gərginlik PİK HƏDDƏ

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Çinin bombardman təyyarələri ilə özünə aid torpaqlardan kənarda təlimləri artırdğını bildirib.

Yenixeber.org: Bu təyyarələrin Sakit okeandakı ABŞ və müttəfiqlərini hədəf almaq üçün təlimatlandırılması ehtimal edilir.

“Biznesinsayder”in xəbərinə görə, Pentaqon Çinin hərbi fəaliyyəti ilə bağlı Konqresə təqdim etdiyi illik hesabatda Çin Xalq Azadlıq Ordusunun suüstü bombardman fəaliyyət sahələrini sürətlə genişlədirdiyi, kritik sahələrdə təcrübə qazandığı və ABŞ ilə müttəfiqlərini hədəf almaq üçün təlimlər keçdiyi bildirilib.

PLA bombardman təyyarələri ötən il Yapon dənizi vasitəsilə Qərbi Sakit okeanda, Tayvan ətrafında, Şərqi və Cənubi Çin dənizində bir sıra uçuşlar həyata keçirib. Bu uçuşların sayı 2015 və 2016-cı illərdə 4, 2013-2014-cü illərdə 2 olub.

Çin Hava Qüvvələrinə aid 6 H-6K bombardman təyyarəsinin 50 000-ə yaxın ABŞ əsgərinin məskunlaşdığı Yaponiyanın Okinava əyaləti üzərində uçmasına xüsusi diqqət çəkilib.

Pentaqon Çinin müdafiə xərclərini 2017-ci ildə 190 milyard dollara çıxardığını ehtimal edir.(publika)

Zümrüd


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam