Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Çin-Tayvana silah satan şirkətlərə embarqo qoydu

Çin Xarici İşlər Nazirliyi Tayvana silah satan ABŞ firmaları və onlarla əməkdaşlıq edən yerli şirkətlərə yasaq gətiriləcəyini bildirib.

Yenixeber.org: Çin XİN-in rəsmisi Sin Xuan paytaxt Pekində təşkil olunan konfransında ABŞ-ın Tayvanla imzladığı,2,2 milyard dollarlıq silah anlaşmasının beynəlxalq hüququn əsas prinsiplərini, “Vahid Çin” prinsipini, habelə ölkənin suverenlik və təhlükəsizliyini pozduğunu və təhdid etdiyini bildirib.

Qeyd olunur ki, ABŞ həmin sazişlə Tayvana tank və stinger raketləri verəcək.

Mətbuat sözcüsü Çinin Tayvanla silah ticarətində adı qarışan ABŞ şirkətlərinə qarşı sanksiya tətbiq edəcəklərini vurğulayıb.

Qeyd olunur ki, ABŞ keçən həftə Tayvana 2,2 milyard dollar qarşılığnda 108 ədəd “M1A2T Abrams” tankı və 250 Stinger raketi ilə birlikdə, çoxlu sayda avtomat, sursatlar, "Hercules" zirehli döyüş maşınları, ağır maşınları daşıyan qurğular və onlar üçün təchizatlar satıb.

Satışına icazə verilən silahlar əsaəsn “Amerikan General Dynamics Corp” və “Raytheon” korporasiyaları tərəfindən istehsal olunur.

Həmin xəbərlər çıxdıqdan dərhal sona Çin Müdafiə Nazirliyi orduya ölkənin cənub-şərq sahillərində təlimlərə başlamaq barədə əmr verildiyini xəbər vermişdi. Lakin təlimə qatılacaq əsgərlərin sayı haqqında məlumat bildirilməyib.

Qeyd olunur ki, Çində 1949-cu ildə baş verən çevriliş nəticəsində hakimiyyətə gələn Mao Tszedunun əlindən qaçan Çan Kayşinin rəhbərliyi altındakı Homindan rejiminə mənsub şəxslər Tayvan adasını tutaraq burada öz hökumətlərini qurublar. Tayvan hökuməti 1971-ci ilə qədər Çini BMT-nin Təhlükəsizlik Şurasında təmsil edib.

Həmin vaxtdan bu yana Tayvan dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevrilib.

Rəsmi Pekin hələ də Tayvanı Çinin ərazi tərkibində olduğunu bildirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam