Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bandotdel” əməliyyat keçirdi – Kamran Ağayevin bibisi oğlu tutuldu

 

“Bandotdel” əməliyyat keçirdi –

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şabran rayonunda narkotik satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. 

Yenixeber.org: Məlumata görə, idarə əməkdaşları Güləndi kəndində keçirdikləri əməliyyat nəticəsində ümumilikdə 5 nəfər saxlanılıb. 

Əməliyyatçılar ilk olaraq Şabran stansiyası ərazisindəki kafeyə daxil olaraq Anar, Elşən və Mehdi adlı şəxsləri yaxalayıb. Anarın yaşadığı evə gedən əməliyyatçılar maraqlı hadisənin şahidi olublar.

Məlum olub ki, Anarın tutulmasından xəbər tutan qardaşı Samir 200 ədəd çətənə kolunu "VAZ-2107" markalı avtomobilə yükləyərək izi itirmək istəyib. Polislər onu da zərərsizləşdirib. İlkin məlumata görə, Anar və Şahin Bakıya gətirilib, digər şəxslər Şabran rayon Polis Şöbəsinə təhvil verilib. 

Məlumat üçün bildirək ki, Şahin məşhur futbolçu, Azərbaycan milli komadasının qapıçısı Kamran Ağayevin bibisi oğludur. 

Rayon sakinlərinin verdiyi məlumata görə, tutuan şəxslər rayon ərazisində uzun müddətdir narkotik satışını həyata keçrirlər. Onlar bir neçə dəfə tutulsalar da, sonradan azadlığa çıxaraq fəaliyyətlərini davam etdiriblər.(criminal.az)  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam