Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Həmsədrlər konstruktiv yanaşma nümayiş etdirməlidirlər”

 

“ATƏT Cənubi Qafqazda sabitliyin qorunmasında və regional aktorlar arasında etimad tədbirlərinin güclənməsində maraqlıdır”.
"Xeberinfo.com":   APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
ATƏT sədri prosesin bütün iştirakçılarının üzərinə düşən öhdəliyi yerinə yetirmələrinin vacibliyini qeyd edib: “Ölkələr və həmsədrlər konstruktiv yanaşma nümayiş etdirməli, sülh yolu ilə problemin həllinə təkan verməlidir”.
O, beynəlxalq hüququn tətbiqində ikili standartların mövcudluğunu tənqid edib: “ATƏT-də sədrlik edən Serbiya dialoq istəyir və buna çalışır. Lakin Kosovo məsələsində çoxsaylı məqamlar var. Kosovo Serbiyanın razılığı olmadan birtərəfli şəkildə müstəqilliyini elan edib. Bu qərar bir sıra ölkələr, xüsusilə Qərb ölkələri tərəfindən verilib. Belə çıxır ki, beynəlxalq hüquq böyük dövlətlərin fəaliyyətindən asılıdır? Buna baxmayaraq, əsas məsələlərlə bağlı dialoq yoxdur”.
İ. Daçiç ATƏT məkanında mövcud hər bir münaqişənin özünəməxsusluğunu önə çəkib, onlara konstruktiv və ədalətli yanaşmanın sərgilənməsinin vacibliyini qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam