Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Ermənilər Ağrı dağına Ermənistan bayrağı sancıb? - Iğdır valisindən açıqlama

Ermənilər növbəti dəfə Türkiyə ilə bağlı təxribata əl atıblar. Ermənistan Alpinizm Federasiyasının vitse-prezidenti Suren Danielyan ölkə mətbuatına açıqlamasında bir qrup erməninin Ağrı dağına çıxdığını iddia edib.

Yenixeber.org: Onun sözlərinə görə, erməni nümayəndələri dağın ən yüksək zirvəsinə Ermənistan bayrağı sancıblar.

Bu barədə xəbər yayan Axar.az-da qeyd ediilb ki, Ermənistandan olan dəstə iyunun 25-də zirvəyə qalxıb. Danielyanın sözlərinə görə, tur iştirakçıları Ağrı dağının ən yüksək nöqtəsinə - 5137 metr yüksəkliyə erməni bayrağı yerləşdirib. Danielyan Türkiyə tərəfinin məsələyə reaksiya vermədiyini də qeyd edib.

“Türkiyə heç bir reaksiya vermədi. Təbii ki, bilirlər, ancaq susurlar. Onlar üçün nəsə demək əlverişli deyil, çünki bu həm də əlavə gəlir yeridir”, - vitse-prezident bildirib.

Ermənilər Türkiyənin ən yüksək zirvəsi sayılan Ağrının onlara məxsus olmasına dair hər zaman miflər uydururlar. Əslində ermənilərin çoxdandır Türkiyəyə qarşı ərazi iddiaları var. Belə bir hadisə bir neçə il qabaq da baş verib. 2014-cü ildə Ermənistandan olan alpinistlərdən ibarət qrup Ağrı dağında erməni bayrağı yerləşdirib. O vaxt Ağrının Ticarət-Sənaye palatasının sədri Məhmət Ərat bildirmişdi: “Zirvədə erməni bayrağı yerləşdirmələrinə dair məlumatlar doğru çıxsa, bölgə sakinləri onları Ağrı dağının zirvəsində dəfn edəcək”.

O vaxt erməni bayrağının zirvədə yerləşdirilməsi ilə bağlı məlumatlar öz təsdiqini tapmadı. Bu növbəti erməni saxtakarlığı idi. Alpinistlər bayrağı açıb, şəklini çəkib, sonra da yığışdırmışdılar.

Musavat.com olaraq erməni mediasının yaydığı xəbər və fotonun nə dərəcədə doğru olub-olmadığını aydınlaşdırmaq istədik.

Türkiyədəki bir dostumuzun vasitəsilə Iğdır valisi Ənvər Ünlünün münasibətini öyrəndik. Vali dağa dırmanmanın qadağan edildiyini, şəkildəki yerin Ağrı dağına oxşamadığını bildirib. Lakin eyni zamanda qaçaq olaraq çıxma ehtimalının olduğunu da vurğuladı. Bu mənada erməni mediasının tirajladığı xəbərlə əlaqədar araşdırmaların aparılacağını söylədi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam