Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Artur Rasizadə də son təyinatları şərh etdi –“Bu təyinatlar sıradan deyil…”

“Cənab Prezidentin son təyinatlarını çox yüksək qiymətləndirirəm. Çünki təyin olunan şəxslər həmişə işlərinin öhdəsindən layiqincə gəlməyi bacarıblar”. 

Yenixeber.org:  Bunu  açıqlamasında eks-Baş nazir Artur Rasizadə Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamlar və nazir təyinatları ilə bağlı danışarkən deyib.

Keçmiş Baş nazirin sözlərinə görə, nazir postlarına təyin olunan şəxslər öz sahələri üzrə çox peşəkardırlar: “Əli Nağıyev çox professional zabitdir. Mədət Quliyev və Ramil Usubov təhlükəsizlik sahəsində çox işlər görüblər. Hesab edirəm ki, bu təyinatlar düzgün atılan addımların nəticəsidir. Xaraktercə elə insanam ki, nəyi düşünürəmsə, onu da deyirəm. Təbii, təyinatlarla bağlı hər kəsin öz fikri var. Razı, ya da narazı fikirlər səsləndirənlər də ola bilər. Ancaq konkret olaraq bu təyinatlar sıradan deyil. Çünki müxtəlif qurumlara təyin olunan bu şəxslər çoxdandır ki, öz sahələrində peşəkar kimi tanınırlar. Hesab edirəm ki, cənab Prezident tərəfindən atılan bu addımlar sabitliyin davamıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam