Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

DİN mətbuat xidmətinin rəisi:"Ramil Usubovun belə təriflərə ehtiyacı yoxdur"

 

"Kütləvi İnformasiya Vasitələrində Daxili İşlər Nazirliyinin rəhbərliyində təmsil olunan vəzifəli şəxslərin, xüsusən də cənab nazir Ramil Usubovun özünü və xidməti fəaliyyətini təqdir edən silsilə məqalələrə rast gəlinir"

Yenixeber.org:  Bunu DİN mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov bildirib.
O deyib ki, nazir belə yazıları rəğbətlə qarşılamır: "Müəlliflərinə təşəkkür etməklə yanaşı onu da nəzərlərinə çatdırmaq istərdim ki, belə yazılar şəxsən nazir Ramil Usubovun özü tərəfindən heç də rəğbətlə qarşılanmır, əksinə hər dəfə göstəriş verir ki, yazı müəllifinə və ya məqalənin dərc edildiyi KİV-in rəhbərinə onun etirazını çatdıram. Çünki bu xarakterli yazılar son vaxtlar o qədər çoxalıb ki, istər-istəməz oxucuda onların bir mərkəzdən məqsədli şəkildə təşkil olunduğu qənaəti yaradır.
Hamının təvazökar və eyni zamanda əsaslı tənqidi sevən bir insan kimi tanıdığı R.Usubovun belə təriflərə ehtiyacı yoxdur. O, dövlət və xalqı qarşısında öz vəzifə borcunu yerinə yetirir və onun da fəaliyyətinə qiyməti verən cənab Prezidentdir. Vətəndaş isə təşəkkürünü və ya iradını KİV-də ictimailəşdirməklə deyil, fərdi qaydada DİN-in ünvanına göndərə bilər.
O ki, qaldı hörmətli mətbuat nümayəndələrinə, onların da konkret olaraq nazir və ya başqa vəzifəli şəxs barədə deyil, yaxın zamanda öz 100 illik yubileyini qeyd edəcək Azərbaycan Polisinin ümumi fəaliyyəti barədə yazmaları daha səmərəli və məqsədəmüvafiq olardı". 
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam