Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hüseyn Bağırov nazir postundan necə getdiyini AÇIQLADI - "ƏLÇATMAZ ARZU KİMİ..."

 

Hüseyn Bağırov nazir postundan necə getdiyini AÇIQLADI - "ƏLÇATMAZ ARZU KİMİ..."

Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov vəzifədən azad olunması ilə bağlı danışıb.

Yenixeber.org: O  müsahibəsində bildirib ki, nazir postuna Heydər Əliyevin sərəncamı ilə təyin edilib və 18 il bu vəzifədə olub: “Bu təyinat mənim üçün gözlənilməz idi. Təbii ki, bu məqamda nizam-intizam da göstərmək lazımdır. Qaldı ki, nazir olmağın müsbət tərəflərinə, öz payıma danışacam. Çünki hər kəs öz həyatını yaşayır. Ola bilsin ki, nazir vəzifəsi kimlər üçünsə cazibədardır. Buna əlçatmaz arzu kimi yanaşanlar da çoxdur, haqqında mənfi obraz yaradanlar da az deyil. Onu deyə bilərəm ki, stresslə dolu həyatdır. Səhhətimdə problemlər yarandı. Ölkə rəhbərinə müraciət etdim, Cənab Prezident də məsələyə həssas yanaşdı. Buna görə ona dünya qədər minnətdaram.

Cənab Prezidentin köməkçisi məni yeni nazirin təqdimatına dəvət etdi, nazirliyin ünvanına ölkə rəhbərliyinin adından xoş sözlər dedi. Mənə də söz verdi, ölkə rəhbərliyinə öz təşəkkürümü bildirdim, yeni nazirə uğurlar arzu etdim və sivil bir şəkildə kollektivlə vidalaşıb, getdim. Bu gün də səhhətimlə məşğulam”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam