Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qurban Məmmədov, Əvəz Zeynallı və Sərdar Əlibəyli azadlıqda

 

Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamının icrasına başlanılıb. Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı sərəncam ümumilikdə 87 nəfərə şamil edilib. 

"Xeberinfo.com":  Məlumata görə, 14 saylı cəzaçəkmə müəsisindən 5 nəfər şəxs azadlığa buraxılıb. Onların arasında vəkil Qurban Məmmədov və “P.S Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli də var. Digər 3 nəfər isə – Pərviz Abuşov, Anton Baraşkov və Azad Bəşirovdur.

Qurban Məmmədov mətbuata açıqlama verməkdən imtina edib. Amma buraxılış vəsiqəsini alanda Penitensiar xidmətin əməkdaşlarına təşəkkür edib və məhbuslardan hallallıq istəyib.

Sərdar Əlibəyli jurnalistələrə açıqlamasında ziyanın yarısından qayıtmağın xeyirli olduğunu deyib: “Özümü təqsirkar bilmirdim və haqq səsimin eşidiləcəyinə inanırdım. Haqq səsimi eşitdiklərinə ğörə təşəkkür edirəm. İnanıram ki, prezidentin bu addımı milli əmin-amanlığın və siyasi məhbus məsələsinin həll olunması üçün bir addımdır”.

04Əfv edilənlər arasında hazırda fəaliyyət göstərməyən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı da var. Ə.Zeynallı Pentensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılırdı.
Əvəz Zeynallı artıq azadlığa buraxılıb. Onu cəzaçəkmə müəssisəsinin önündə ailəsi və jurnalistlər qarşılayıb.
Əvəz Zeynallı jurnalistlərə açıqlamasında bütün əfv olunanları təbrik edib, digər həbsdə olanlara da azadlıq arzulayıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəis müavini Hüseyn Əlixanov müəssisədə əfv sərəncamının icrası mərasimində deyib ki, dünən imzalanan əfv sərəncamı 87 məhkuma şamil edilib. Beş nəfər cərimə cəzasından, üç nəfər isə islah işlərindən azad olunub. Onun sözlərinə görə, 1995-ci ildən bu günə kimi 6025 məhkum cəzasının qalan hissəsindən azad edilib. H. Əlixanov onu da bildirib ki, Əfv Komissiyası ciddi araşdırmalar aparandan sonra həmin şəxslər əfv olunur: “Əfv edilənlərin çox az qismi sonradan cinayət törədir. Bu da onu göstərir ki, onlar ümidləri doğruldurlar”. Əfv sərəncamı 6 saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub Bu müəssisədən isə 10 məhkum azadlığa çıxıb. Sərəncamın icrası burada da jurnalistlərin iştirakı ilə həyata keçirilib.

0102

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam