Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ İlham Əliyevin əfv sərəncamını alqışlayıb

 

ABŞ Azərbaycan prezidenti İlham Əliyevin dekabrın 29-da əfv sərəncamı imzalamasını düzgün istiqamətdə atılmış addım hesab edir.

 
"Xeberinfo.com":  Məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bildirib.
 
“Biz Azərbaycan hakimiyyətini insan haqları və əsas azadlıqların təmin olunmasına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, digər məhbuslara münasibətdə də bu addımın atılmasına çağırırıq”, - deyə C. Ratke qeyd edib. 
 
O, “Azadlıq radiosu”nun Bakı bürosunun ofisinin bağlanmasından narahatlıq keçirdiklərini də diqqətə çatdırıb.
 

 

Qeyd edək ki, Azərbaycan prezidentinin imzaladığı sonuncu əfv sərəncamı 87 nəfər şamil olunub. Əfv olunanlar arasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “P.S Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli, vəkil Qurban Məmmədov, “NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli də var. (apa)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam