Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

G20 ölkələri plastiklərlə mübarizə üzrə beynəlxalq orqan yaradacaq-Bəyannamə

G20 ölkələri plastiklərlə mübarizə üzrə beynəlxalq orqan yaradacaq

 

G20 ölkələrinin ekologiya və energetika nazirləri dünyada ilk dəfə okeanları çirkləndirən plastik zibillərin azaldılması üçün beynəlxalq orqan yaradılması barədə razılığa gəliblər.

Yenixeber.org: "RİA Novosti" agentliyinin verdiyi məlumata görə, bu, G20 ölkələrinin ekologiya və energetika nazirlərinin görüşünün yekunu bağlı qəbul edilən Bəyannamədə əksini tapıb.

Sənədə əsasən, hər bir ölkə plastik zibillərlə bağlı öz tədbirlərini həyata keçirməli və görülən işlərin nəticələri barədə həmin orqana mütəmadi hesabat təqdim etməlidir. Bəyannamədə plastik zibillərin azaldılması sahəsində konkret rəqəm əksini tapmayıb.

G20 ölkələrinin ekologiya və energetika nazirlərinin görüşü 15-16 iyun tarixlərində Yaponiyanın Karuidzava şəhərində keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam