Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

G20 ölkələri enerji nazirlərinin görüşü olacaq-Yaponiyada

İyunun 15-də Yaponiyanın Naqano prefekturasında G20 ölkələri enerji nazirlərinin görüşü keçiriləcək.

Yenixeber.org: Görüşdə Yaponiya tərəfinin Ormuz boğazında göyərtəsində ona məxsus yüklər olan gəmilərə hücumla əlaqədar enerji təhlükəsizliyi məsələsini qaldıracağı da gözlənilir.

Azərtac xəbər verir ki, bu boğaz Yaxın Şərq regionunda qlobal daşımanın əsas strateji kanallarından biridir. Yaponiya ehtiyacı olan neftin 90 faizini buradan daşıdığına görə həmin regiondan çox asılıdır.

G20 ölkələrinin enerji və ətraf mühit nazirlərinin ikigünlük görüşü sabah Naqano prefekturasının Karuizava şəhərində başlayacaq. Yaponiya görüşə sədrlik edəcək.

Görüş Yaxın Şərqdə əsas neft hasilatçılarından biri kimi tanınan İran ilə ABŞ arasında gərginlik fonunda keçiriləcək. Həmin görüşdə neft hasilatçısı olan daha bir ölkə – Səudiyyə Ərəbistanı da iştirak edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam