Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda - ürək transplantasiyası aparılmasına icazə verən...

 

"Bu gün Azərbaycanda ürək-cərrahiyyəsi sahəsində əldə edilən uğurlar bizi çox sevindirir, amma ölkəmizdə ürək transplantasiyası da aparılmalıdır". 

Yenixeber.org: Bunu “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, Azərbaycanda ürək-damar cərrahiyyəsi sahəsində böyük həkim ordusu formalaşıb: "Azərbaycan dövlətinin səhiyyə sahəsində apardığı siyasət nəticəsində kardioloji mütəxəssislər formalaşıb. Azərbaycan mütəxəssisləri ölkəmizdə ürəkdə ən ağır əməliyyatları həyata keçirirlər. Bu mütəxəssislərin əksəriyyəti Türkiyənin aparıcı universitetlərində hazırlanıb. Bu gün Azərbaycanın hətta regionlarında da ürək əməliyyatları uğurla icra olunur. Bu, bizi çox sevindirir. Azərbaycanda bu gün ürək əməliyyatlarını həyata keçirə bilən yüksək səviyyəli mütəxəssislərimiz olsa da, ürək transplantasiyasını apara bilmirik. "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun buna imkan vermir. Bu qanun köhnədir. Ona görə də yeni qanun layihəsi hazırlanıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam