Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“İcra Hakimiyyəti yalan danışır”

 

 

“Mən aylardır Alimpaşa Məmmədovun qəbuluna düşə bilmirəm. Onlar hansı qayğıdan, köməkdən danışırlar”.

Yenixeber.org: Bu sözləri  2014-cü ildən erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Şəmkir rayon İcra Hakimiyyətinin torpaq qalmaqalı ilə bağlı yaydığı açıqlamasına cavab olaraq bildirib.

K.Əsgərov Şəmkir İcra Hakimiyyətini haqsızlıqda ittiham edib:

“Mətbuat xidmətinin verdiyi açıqlama kökündən yanlışdır. Guya hər zaman bizim ailəni diqqət mərkəzində saxlayıblar. Alimpaşa Məmmədov Şəmkir rayonuna icra başçısı gələndən bu yana nə qədər cəhd etsəm də onun qəbuluna düşə bilməmişəm. İndi isə Alimpaşa Məmmədovun mətbuat katibi açıqlama verir ki, Dilqəm Əsgərovun ailəsini hər zaman diqqət mərkəzində saxlayırlar. Hamısı yalandır”.

O qeyd edib ki, torpağının əlindən alınması səbəbi ərazinin yeni çəkilən “İpək yolu”un üzərində yerləşməsidir:

“Mənim ərazimdə də xeyli materiallar var. Mən 5 il əvvəl həmin torpağı icrayə götürmüşəm. İndi icarə müqaviləsinin vaxtı bitir. Şəmkir rayon İcra Hakimiyyətinə nə qədər müraciət etsəm də müqaviləninin müddətini artırmırlar. Başçı isə bizi qəbul etmir ki, dərdimizi ona deyək”.

K.Əsgərovun sözlərinə görə, Alimpaşa Məmmədovdan əvvəlki icra başçısı onlara lazımi kömək göstərib:

“Nazim Veysov bizim ailəyə hərtərəfli qayğı göstərib. Amma Alimpaşa Məmmədov bunu öz adına çıxmasın. O gələndən bircə dəfə də olsun İcra Hakimiyyətindən bizə “bəlkə hansısa probleminiz var”,- deyə soruşan olmayıb. Bunların hamısı cəfəngiyyatdır. Onlar ictimaiyyətə yalan məlumat verirlər”.

Qeyd edək ki, 2014-cü il iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin hökmü ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.(modern)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam