Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ziyafət Əsgərov deputatlara irad bildirib, ona Siyavuş Novruzov cavab verib

 

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spiker Ziyafət Əsgərovdeputatlara irad bildirib.

Yenixeber.org: Z.Əsgərov deyib ki, plenar iclasda qanun layihəsi ilə bağlı çıxış etmək lazımdır.

O qeyd edib ki, fürsətdən istifadə edib, gündəlikdə olan qanun layihələrindən kənara çıxmaq düzgün deyil: “Neçə ilin deputatısınız, fikirlərinizi sosial şəbəkələrdə, mətbuatda çatdıra bilərsiniz. Milli Məclisdə isə qanun layihələrinə dəyişikliklər müzakirə olunmalıdır”.

Siyavuş Novruzov isə Z.Əsgərova cavab olaraq deyib ki, elə məsələlər var, bu gün burada deyilmirsə, bunu sosial şəbəkədə, başqa yerdə deməyin əhəmiyyəti yoxdur: “Milli Məclisin üzvləri milləti, cəmiyyəti və dövləti narahat edən məsələləri qaldırmalıdır. Deputatlar Azərbaycana qarşı ədalətsiz təzyiqlərə qarşı mövqelərini bildirmək istəyirlər. Burada hansısa qanundan asılı olmayaraq bir vətəndaşlıq, deputat borcudur ki, problemlər qaldırılsın və münasibət bildirilsin”.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam