Ölkəmizdə 400 nəfərə yaxın veteran var
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu təbəqədən olan 1117 nəfər şəxs minik avtomobili ilə təmin olunub.
Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, İkinci Dünya müharibəsi iştirakçılarının bərpa müalicəsi, sanator-kurort yollayışları ilə təminatı və s. sahələrdə də müvafiq işlər görülür, ehtiyac duyduqları hallarda onlara evlərində sosial xidmətlər də göstərilir.
Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamı ilə İkinci Dünya müharibəsi əlillərinə və digər iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri təyin olunaraq ödənilir və ötən dövrdə bu təqaüdlərin məbləği mütəmadi olaraq artırılıb.
Bu istiqamətdə növbəti mühüm addım kimi, dövlət başçısının 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən aprelin 1-dən müharibə əlilləri üçün təqaüdlər I dərəcə əlilliyi olanlar üçün 250 manata, II dərəcə əlilliyi olanlar üçün 230 manata, III dərəcə əlilliyi olanlar üçün 210 manata çatdırılıb. Həmçinin I dərəcə əlilliyi olanlara qulluq edənlər üçün 15 aprel 2019-cu il tarixli digər fərmanla aylıq təqaüd (50 manat) təsis edilib.
"İkinci Dünya müharibəsi iştirakçılarının sayı hazırda 400 nəfərə yaxındır ki, onlardan 250 nəfəri İkinci Dünya müharibəsi əlilləridir. İkinci Dünya müharibəsinin digər iştirakçılarına Prezidentin aylıq təqaüdü isə dövlət başçısının 15 aprel 2019-cu il tarixli sərəncamı ilə 150 manata çatdırılıb.
Prezidentin aylıq təqaüdü ilə yanaşı, İkinci Dünya müharibəsi veteranları əmək pensiyası ilə təmin edilirlər və onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb. Cari ilin 1 aprel tarixinə ölkəmizdə İkinci Dünya müharibəsi iştirakçılarının orta aylıq pensiya məbləği 400 manata yaxındır.
Hər il 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamları imzalanmaqla, İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə və b. birdəfəlik maddi yardım verilir. 23 aprel 2019-cu il tarixli Sərəncamla da 400-ə yaxın İkinci Dünya müharibəsi iştirakçısının hər birinə 1000 manat, qalanlarına, yəni 8,9 minə yaxın şəxsin hər birinə 500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib", - nazirliyin məlumatında bildirilib.