Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Müavinətlər və təqaüdlər artdı -Nazirlik

Aprel ayı üzrə sosial müavinət və təqaüdlər artırılmış məbləğlərdə ödənilib.

Yenixeber.org: Məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı deyib. O bildirib ki, Prezident İlham Əliyevin fərmanıyla aprelin 1-dən sosial müavinət və təqaüdlər artırılmaqla, prezidentin yeni aylıq təqaüdləri təsis olunub:

“Sosial müavinət alan müharibə veteranlarına yeni təsis olunmuş aylıq təqaüd (80 manat) də verilib.

Əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslər üçün 100 manat, onlara və həmçinin sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün aylıq 50 manat, əmək pensiyası alan müharibə veteranları üçün aylıq 80 manat yeni təqaüdlərin verilməsi üçün isə normativ qaydaların layihəsi hazırlanaraq artıq təqdim edilib.

Qaydalar təsdiq edildikdən sonra həmin vətəndaşlardan sənədlər qəbul olunmaqla, onlara yeni təqaüdlərin təyin olunaraq gələn ayın sosial müavinət və ya pensiyaları ilə birgə verilməsi (aprel ayının da təqaüdü daxil olmaqla) təmin ediləcək”. (Axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam