Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Əlillərə maşın paylanıldı

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşların rifah halının yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğı bu təbəqələrdən olan şəxslərin dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı sahəsində də mühüm addımların atılmasına imkan yaradıb.

 

"Xeberinfo.com":  Məlumata görə, möhtərəm dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamlarının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 2014-cü ilədək növbəyə dayanmış 1435 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsin minik avtomobilləri ilə təminatını cari ilin ötən dövründə uğurla başa çatdırıb. 

 

Bu gün, dekabrın 24-də isə ƏƏSMN tərəfindən artıq 2014-cü ildə növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatına başlanıb. Bu təbəqədən olan 67 nəfərə, habelə 2014-cü ilədək növbəyə dayansa da, obyektiv səbəblərdən gəlib avtomobili qəbul edə bilməmiş 10 nəfərə "Naz-Lifan" markalı minik avtomobilləri təqdim edilib. Avtomobillərin təqdim olunması zamanı əlilliyi olan şəxslərə Prezident qayğısından söz açılıb, onlara ödənilən sosial müavinətlərin orta aylıq məbləğinin 2004-cü illə müqayisədə ötən dövrdə 8,1 dəfə artırıldığı bildirilib. 

 

Qeyd olunub ki, bu insanların və ümumən sosial cəhətdən həssas digər əhali kateqoriyalarının sosial müdafiəsinin daha da gücləndirilməsi üçün təkcə son bir ildə dövlət başçısı tərəfindən ümumilikdə 10-dan çox Fərman və Sərəncam imzalanıb. Həmin sənədlərə əsasən,  müharibə əlilləri  və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb. Həmçinin əmək pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I qrup əlil şəxslərə sosial müavinətdən əlavə ayda 60 manat məbləğində Prezident təqaüdünün, habelə müharibə əlilləri və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə başlanılıb. 

 

Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı da diqqət mərkəzindədir və bu ilin ötən dövründə ölkəmizin müxtəlif bölgələrində 172 nəfər müharibə əlili və şəhid ailəsinə yeni mənzillər verilib. Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamı bu sahədə də mühüm irəliləyişlərə şərait yaradıb. Sərəncama əsasən, 2014-cü il yanvar aynın 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər müharibə əlili və şəhid ailəsi 2014-2018-ci illər ərzində mənzil və ya fərdi evlə təmin ediləcək. Artıq bu istiqamətdə aparılan işlər çərçivəsində ilkin mərhələ kimi 52 rayonda 353 ədəd fərdi ev inşa olunur. Həmçinin yaxın günlərdə ölkənin 5 şəhərində çoxmənzilli yaşayış binalarından hazır mənzillərin alınaraq qeyd olunan təbəqələrdən olanlara verilməsinə başlanacaq. 

 

Yeni minik avtomobili ilə təmin olunan müharibə əlilləri və onlara bərabər tutulanlar daim Prezident qayğısı ilə əhatə olunmalarından razılıqla söz açıblar. Onlar əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə, tibbi-sosial reabilitasiyasına, eləcə də minik avtomobilləri və mənzillərlə təminatına  göstərdiyi böyük diqqət və qayğıya görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam