Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyan istefaya gedir

 

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyalarından olan nazir və qubernatorların vəzifələrindən azad olunması barədə fərmanlar qüvvəyə mindikdən sonra istefaya gedəcək.

Yenixeber.org: Daha öncə çərşənbə axşamı günü Paşinyan “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyalarından olan nazir və qubernatorların vəzifələrindən azad olunması barədə göstəriş verib, sonuncu partiya özü öz nazirlərini geri çağırıb.

“Nazirlərin və qubernatorların işdən çıxarılması haqqında qərar hüquqi qüvvəyə mindikdən sonra istefaya gedəcəyəm... Baş nazir vəzifələrini icra etməyəcəyəm”, - Paşinyan deyib.

O əlavə edib ki, parlament yeni baş naziri seçməzsə, növbədənkənar parlament seçkiləri təyin olunacaq.

Qeyd edək ki, nazirlərin vəzifəsindən azad olunması haqqında fərmanları ölkə prezidenti təsdiq etməlidir.

“Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyalarından olan nazir və qubernatorların vəzifələrindən azad olunması barədə.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam