Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ-dan Ermənistana zərbə

 

Səfir: "Ermənistan demokratik inkişaf yolunda geriyə gedir"

 

"Xeberinfo.com":  Məlumata görə, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz "Çiçəklənən Ermənistan" partiyası ətrafında yaranmış vəziyyətlə bağlı açıqlama verib, respublikanın demokratik inkişafı yolunda geriyə addım atdığını söyləyib.
O bildirib ki, müxalifət hökumətin fəaliyyətini istənilən halda izləyəcək demokratik cəmiyyət üçün lazımdır. Ermənistanın güclü olması üçün aktiv siyasi müxalifət lazımdır. Lakin biz son hadisələrdən narahatıq, hökumət müxalifəti hədəf seçib və siyasi məqsədinə çatmaq üçün dövlət resurslarından istifadə edir. Nəticə belədir ki, Ermənistan demokratik inkişaf yolunda geriyə addım atır.
Ermənistan prezidenti Serj Sarkisyan ilə partiyanın rəhbəri, milyarder Qaqik Sarukyan arasında bu il fevralın 12-də münasibətlər kəskinləşib. O, iqtidarda olan Respublika Partiyasının şura iclasında Sarukyanın fəaliyyətini kəskin tənqid edib, onu siyasi aktyor kimi ölkə üçün şər qüvvə adlandırıb.
Q.Sarukyan martın 5-də keçirilən qurultayda partiya sədrliyini tərk edib, bu vəzifə Naira Zoqrabyana həvala olunub və "Çiçəklənən Ermənistan" Partiyası müxalifətə keçidini elan edib.(ans press)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam