Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

40 dini kitab ölkəyə buraxılmadı

630 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 40 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Xeberinfo.com:    Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanov 6 ayın yekunları ilə bağlı bu gün komitədə keçirilən iclasda bildirib.

Komitə sədri deyib ki, Azərbaycanda dini radikalizmlə mübarizə, qeyri-qanuni ibadət yerlərinin fəaliyyətinin dayandırılması, dini nifrəti və ayrı-seçkiliyi ehtiva edən, eləcə də ölkəyə qeyri-qanuni idxal edilmiş dini təyinatlı ədəbiyyat və məmulatların satışının qarşısının alınması istiqamətində tədbirlər görülüb. Ölkəyə qeyri-qanuni idxal olunmuş və ya respublika ərazisində istehsal edilən, dini nifrəti və ayrı-seçkiliyi ehtiva edən ədəbiyyat və məmulatların satışının qarşısının alınması məqsədilə də reydlər aparılıb. “26 dini qurum dövlət qeydiyyatına alınıb və beləliklə, qeydiyyata alınmış dini qurumların ümumi sayı 707-ə çatıb. 6 ay ərzində milli-mənəvi dəyərlərimizin təbliği, radikalizmə qarşı mübarizədə maarifləndirici xarakterli 9 adda kitab nəşrə hazırlanıb”, - deyə M.Qurbanlı məlumat verib.

Dövlət Komitəsi ilə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyi Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə tədbirlər planı imzalanıb. Ölkənin bütün bölgələrini əhatə edən 121 dini icmaya maliyyə vəsaiti ayrılıb. Həmin dini icmaların layihələri çərçivəsində keçirilən və ümumilikdə sayı 370-ə çatan tədbirlərdə 30 minə yaxın insanın iştirakı təmin olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam