Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Müsavat Partiyasında belə bir vəzifə yoxdur“




"Müsavat Partiyasında sıravi üzvlər, Şura, Məclis, Divan üzvləri var. Eyni zamanda müavin, rayon təşkilatının sədri və s. kimi vəzifələr var. Müsavat Partiyasında başqanlığa sabiq namizəd adlanan vəzifə yoxdur". 

  "Xeberinfo.com": Bu sözləri Müsavat Partiyasının başqanı Arif Hacılı Arqument.Az-ın sabiq başqanlığa namizədlərlə görüşməməsi ilə bağlı ona ünvanladığı sorğusuna cavab verərkən deyib. 

"Bununla belə, guya mənim onlarla və seçkilərin nəticələrindən narazı qalan şəxslərlə görüşməkdən imtina etməyim barədə deyilənlər həqiqətə uyğun deyil. Qurultaydan sonra Qubad İbadoğlu ilə ümumi görüşlərimiz olub. Onu təkbətək görüşə də dəvət etmişəm. Sadəcə, başqa vacib işləri olduğu üçün ona görüş təyin etdiyim iki gün ərzində mənimlə görüşmək imkanının olmadığını bildirib. Tural Abbaslı ilə də görüşüb bəzi məsələləri müzakirə etmişik. Qadın birliyinin keçirdiyi bir tədbirdə iştirak edərək onlara öz mövqeyimi bildirmişəm. İstənilən vaxt yenidən görüşüb onları narahat edən problemləri müzakirə etməyə hazır olduğumu bildirmişəm.

Müəyyən anlaşılmazlıqların olduğu Suraxanı təşkilatının bir çox üzvləri ilə həm təklikdə, həm də qrup halında görüşələrimiz olub. Təşkilatın sədri bir neçə dəfə qərargaha dəvət olunub. Özüm də onunla telefonla danışmışam. Şəxsi problemləri və bəzi hallarda Bakıda olmaması ilə əlaqədar gələ bilmədiyini bildirib. Bu həftə rayon təşkilatlarının şura iclasları keçirilir. Yəqin ki, Suraxanı rayon təşkilatında da belə iclas olacaq və orada partiya rəhbərliyi iştirak edəcək", - deyə Arif Hacılı bildirib.

Daha sonra Arif Hacılı öz iş rejimi barədə danışıb: "Ümumiyyətlə, mənimlə görüşmək problemsiz məsələdir. Qurultayda mənə səs vermədiyini açıq bildirən partiya üzvlərinin əksəriyyəti ilə görüşmüşəm. Səmimi söhbətlərimiz olub. Mənim mühafizəçilərim, normalaşdırılmış qəbul saatlarım yoxdur. Özüm də hər gün qərargahdayam. Ona görə də heç kim mənimlə görüşə bilmədiyini bəhanə etməsin".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam