Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Təhsil naziri şagirdlərlə bağlı əmr imzaladı

 

Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə əmr imzalayıb

 

"Xeberinfo.com":  Təhsil Nazirliyindən verilən məlumata görə, əmrdə qeyd olunur ki, aparılan pedaqoji müşahidələr və təhlillər göstərir ki, son zamanlar ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üzrə zəruri tədbirlərin həyata keçirilməsi əvvəlki dövrlərlə müqayisədə zəifləyib. Bununla əlaqədar şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir.
Əmrdə qeyd olunur ki, Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, hər il yenilənməklə şagirdlərə mütaliə edilməsi tövsiyə olunan Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərinin təxmini siyahısının hazırlanmasını, məktəb kitabxanalarının yeni nəşrlərlə zənginləşdirilməsi, bunlarda dərs ili ərzində bədii əsərlərin oxusunun və müzakirəsinin təşkili, məşhur yazıçıların, o cümlədən ədəbiyyat sahə­sində Nobel mükafatına layiq görülmüş yazıçı­ların, eləcə də tanınmış Azərbaycan ədiblərinin yaradıcılığı və əsərlərinin məzmunu haqqında şagirdlərə məlumatların çatdırılması yolu ilə onların bu əsərləri mütaliə etməyə istiqamətləndirilməsi, şagirdlərin müasir Azərbaycan yazıçıları ilə görüşlərinin keçirilməsi, bu prosesdə şagirdlərin həmin yazıçılar və onların əsərləri haqqında məlumatlan­dırılması, müvafiq təbliğat işlərinin həyata keçirilməsi, şagirdlərin oxuduqları və ya oxuyacaqları əsərlər əsasında hazırlanmış teatr tamaşalarına aparılması və onların müzakirəsinin keçirilməsini təmin etsinlər.
Əmrə əsasən, məktəblərdə "Ən fəal oxucu”, "Bədii əsər haqqında ən yaxşı inşa”, "Bədii əsər barədə ən mükəmməl rəy” müsabiqə­lərinin, ədəbi-bədii qiraət gecələrinin, hekayə axşamlarının keçiriləcək.
Əmrin yerinə yetirilməsinin gedişi barədə 2015-ci ilin aprelində Nazirliyə hesabat göndəriləcək.
Məktəbəqədər və ümumi təhsil şöbəsi bu əmrlə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinin təmin olunması istiqamətində davamlı təşkilati işlər həyata keçirsin, təqdim edilən hesabatların təhlilini aparıb müvafiq təkliflər hazırlayacaq.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam