Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Əli Nağıyevi Aydın Mirzəzadə cavablandırdı

 

 

“Yeni Azərbaycan Partiyası cəmiyyətdə fəaliyyəti, dövlətə xidməti ilə tanınan bütün üzvlərinə həmişə hörmətlə yanaşıb. Bu məsələdə kimin hansı vəzifə daşımasının əhəmiyyəti yoxdur”.

Yenixeber.org: Bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şuranın üzvü,Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

O, YAP-ın sabiq sədr müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin fikirlərinə münasibət bildirərkən deyib ki, müəyyən mərhələdə partiya sıralarında olan, amma sonradan fəaliyyəti ilə partiyanın adına ləkə gətirən, dövlətçiliyə xidmətdə səhvlərə yol verən insanlara həmişə prinsipial qiymət verilib: “Yeni Azərbaycan Partiyasında sədaqətli partiya üzvlərinə, Heydər Əliyev yolunun sədaqətli davamçılarına həmişə böyük hörmət olub, bundan sonra da belə olacaq”.

Xatırladaq ki, Ə.Nağıyev müsahibəsini demokrat.az saytı yayıb. O, müsahibəsində YAP üzvlərini sərt tənqid edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam