Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tramp Türkmənistan qazının Avropaya Azərbaycandan ixrac edilməsi təklifini dəstəkləyib

 

 

Amerika lideri Donald Tramp ümid edir ki, Türkmənistan bu yaxınlarda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsindən sonra Qərbə qaz ixracının imkanlarından istifadə etməyə başlayacaq.

Yenixeber.org: RİA "Novosti" xəbər verir ki, bu barədə ABŞ prezidentinin Novruz bayramı münasibəti ilə türkmənistanlı həmkarı Qurbanqulı Berdiməhəmmədova ünvanladığı teleqramda deyilir. Sözügedən teleqram ölkə hökumətinin "Neytral Türkmənistan" qəzetində dərc olunub.

"Ümid edirəm ki, Türkmənistan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Qərbə yeni qaz ixrac imkanlarından istifadə edə biləcək", - deyə teleqramda bildirilir.

Fevralın 20-də məlum olub ki, Avropa İttifaqı Türkmənistana Avropaya qazı Azərbaycan vasitəsi ilə tədarük etməyi təklif edib. Aİ-nin Büdcə və İnsan Resursları Komissiyasının üzvü Günter Ettinger Azərbaycanın mavi yanacaq tranziti üçün infrastruktura malik oldğunu diqqətə çatdırıb.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam