Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Şimali Koreya ABŞ-la danışıqları dayandırır

 

Şimali Koreya ABŞ-la danışıqları dayandırır
Şimali Koreya rəhbərliyi nüvəsizləşdirməyə dair ABŞ-la gələcək danışıqları dayandırmağı nəzərdən keçirir.
 Yenixeber.org: Bu barədə Şimali Koreya xarici işlər nazirinin müavini Çoy Son Hi Pxenyada xarici səfirliklərin nümayəndələri və əcnəbi jurnalistlərin də dəvət olunduğu mətbuat konfransında bəyan edib.

“Bizim hansısa formada ABŞ-ın tələblərinə (Hanoy sammitində irəli sürülən) güzəştə getmək niyyətimiz, xüsusən də, bu cür danışıqlar aparmaq istəyimiz yoxdur” - Son Hi vurğulayıb.

Onun sözlərinə görə, Şimali Koreya lideri Kim Çen In Hanoydakı uğursuz sammitdən sonra gələcək addımlar barədə öz qərarını bildirmək üçün yaxın vaxtlarda rəsmi müraciətlə çıxış edəcək.

Qeyd edək ki, bu, Kim Çen Inla ABŞ prezidenti Donald Tramp arasında 27-28 fevralda Vyetnamın paytaxtı Hanoyda keçirilən ikinci sammitin yekunları ilə bağlı Pxenyanın səsləndirdiyi ilk rəsmi bəyanatdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam