“Kim Çen Inla razılaşma əldə olunacaq” - Tramp
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Şimali Koreya lideri Kim Çen Inla apardığı danışıqlar məhsuldar keçir.
Yenixeber.org: Koreya yarımadasının nüvəsizləşdirilməsi və regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olması üzrə Hanoydakı 2 günlük danışıqlarda jurnalistlərin suallarını cavablandıran Tramp tərəflərin insan hüquqları da daxil olmaqla, geniş spektrli məsələləri müzakirə etdiklərini bildirib.

“Bizim müzakirələrimiz məhsuldardır. Biz hər şeyi müzakirə edirik. Danışıqların gedişi ondan xəbər verir ki, son nəticədə (Şimali Koreyanın nüvəsizləşdirilməsinə dair) razılaşmaya nail olunacaq və bu, həm də Şimali Koreyanın iqtisadi çiçəklənməsinə gətirib çıxaracaq” – Tramp vurğulayıb.
Kim Çen In isə öz növbəsində Şimali Koreyanı tam nüvəsizləşdirməyə hazır olduğunu deyib: “Əgər mən buna hazır olmasaydım, onda bura gəlməzdim”.
Bu ifadəsindən sonra Şimali Koreya lideri gülümsəyib və Tramp jurnalistlərə “bu, yəqin ki, sizin indiyədək eşitdiyiniz ən yaxşı cavabdır” deyib.
Jurnalistlərdən birinin Kim çen Ina ünvanladığı “nüvəsizləşdirmə istiqamətində konkret addımlar atmağa hazırsınızmı?” sualına isə Şimali Koreya lideri “Elə biz də indi bunu müzakirə edirik. Ümid edirəm ki, siz (jurnalistlər) danışmaq üçün bizə daha çox vaxt verəcəksiniz. Hətta bir dəqiqə belə bizim üçün qiymətlidir” cavabını verib.
Xatırladaq ki, ötən gündən başlayaraq Vyetnamın paytaxtı Hanoyda Kim Çen Inla Trampın sayca ikinci görüşü keçirilir. Onların ilk sammiti isə 2018-ci ilin 12 iyununda Sinqapurda baş tutmuşdu.