Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tramp Şimali Koreya ilə yeni danışıqlara hazırdır

 

Tramp Şimali Koreya ilə yeni danışıqlara hazırdır
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla nüvəsizləşdirmə barədə danışıqları davam etdirməyə hazırdır.
 Yenixeber.org: Bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton “Fox News” telekanalına müsahibəsində deyib. 

“Aydındır ki, prezident (ABŞ-ın) yenidən danışıqlar aparmağa hazırdır. Biz bunu qrafikə necə salacağımızı və növbəti danışıqlardan əldə oluna biləcək nəticələri nəzərdən keçirəcəyik” – Bolton vurğulayıb. 

Xatırladaq ki, 27-28 fevral tarixlərində Vyetnamın paytaxtı Hanoyda keçirilən II ABŞ-Şimali Koreya sammiti vaxtından əvvəl və nəticəsiz başa çatıb. ABŞ PrezidentDonald Tramp və Şimali Koreya lideri Kim Çen In təkbətək və geniş tərkibli görüşlərdən sonra sanksiyalar məsələsi barədə razılığa gəlinmədiyi üçün yekun sənəd imzalamaqdan imtina ediblər. Bununla belə, dialoqu davam etdirmək barədə razılıq əldə olunub. ABŞ dövlət katibi Maykl Pompeo isə bildirib ki, bir neçə həftədən sonra Pxenyanda danışıqların yeni raundu keçirilə bilər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam