Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Paşinyandan Qarabağ bəyanatı:Konspirativ müharibə...

 

Mən “Qarabağın rəhbərliyinə” bütün danışıqlar prosesi haqqında məlumat vermişəm.

Yenixeber.org: Bunu Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan deyib.

“Dağlıq Qarabağa səfərim zamanı mən siyasi hakimiyyət və “ordu”nun nümayəndələrini dəvət edib, onlardan heç nə gizlətməyərək, danışıqlar prosesində olan hər şeyi onlara dedim. Mən bəyan etdim ki, Qarabağ məsələsiylə bağlı problem Ermənistan və Qarabağ “xalqları”nın iradəsindən kənar həll edilə bilməz. Mən dedim ki, Qarabağ danışıqlar prosesinə qatılmayana qədər biz Qarabağ məsələsində həllə nail olduğumuzu deyə bilmərik. Mən dedim ki, danışıqları Ermənistan adından aparıram, “Qarabağ xalqı” adından danışıqları onların hökumətləri apara bilər. Bunlara rəğmən Ermənistanda hələ də inqilabın Qarabağa qarşı hansısa tələ olduğunu, hökumətin Qarabağla bağlı xain planları olduğunu deyən siyasi qüvvələr var. Mən daima düşünürəm ki, niyə bu insanlar belə bəyanatlarla çıxış edirlər və açığını desəm, hansısa məntiqli açıqlama tapa bilmirəm. Digər tərəfdən, bəzi siyasi qüvvələr bu seçkidən sonra siyasi ölümlərinin qeydə alınacağını başa düşüblər. Bu insanlar öz siyasi ölümlərinin yaxınlaşdığını bilərək özlərinin siyasi provokativ bəyanatlarıyla konspirativ müharibəni alovlandırmaq, bu kontekstdə özlərinin maraqlarını müdafiə etməyə çalışırlar. Bu, çox ciddi presedentdir, ona görə də mən əsas izah tapa bilmirəm”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu cür bəyanatlarla artıq Milli Təhlükəsizlik Xidməti və hərbi kəşfiyyat məşğul olmalıdır.

O, həmçinin, bəzi qüvvələrin inamla dövlətə xəyanətə doğru addımladıqlarını bildirib.

Paşinyan “xalq inqilabı”nı şübhə altına alanları xarici casusluqda ittiham etmək haqqına sahib olacaqlarını deyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam