Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə və Rusiya ən qlobal problemi həll edir...EKSPERT

 

Suriyalı miqrantların evlərinə qayıtması üçün ortaq qrupun yaradılması ilə bağlı Türkiyənin Rusiyaya təklif etdiyi layihə qaçqınların geri dönməsinin başlanğıcı olacaq.
Yenixeber.org: Bu sözləri rusiyalı siyasi ekspert Yuri Zin deyib. O bildirib ki, ortaq qrup ölkələr arasında etibarın güclənməsinə və sığınacaq axtaranların evlərinə dönməsinə xidmət edəcək:
“Suriya torpaqlarının böyük qismi hökumətin nəzarətində olmasına baxmayaraq, bəzi çətinliklər var. Qərbdəki ölkələr miqrantların geri qayıtmasını dayandırmaq üçün mümkün olan hər şeyi edir. Yaradılması nəzərdə tutulan Türkiyə-Rusiya formatı sığınacaq probleminin həlli istiqamətində atılan addım olacaq. Rusiya Xarici İşlər naziri Sergey Lavrov bir neçə gün əvvəl Livanda görüşlər keçirdi. Livanın bu prosesə daxil olması məsələsində razılaşma əldə edildi. Sonra İordaniya və əlbəttə, Türkiyə gələcək. Çünki bu problem ən çox Türkiyəyə təsir etdi”.
Yuri Zin deyib ki, bu qrup Qərb ölkələrini də özünə cəlb edə bilər:
“Ortaq qrup bəlkə də öz imkanlarını və gücünü problemin həlli üçün istifadə etmək istəməyən Qərb ölkələrini də cəlb edər. Əlbəttə, BMT və Qərb də buna dəstək və yardım edə bilər. Tək problem istəkdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam