AYDIN ABBASOV 2 AYDAN SONRA ÜZƏ ÇIXDI –Abbas Abbasovun Putinin səfərinə bağladığı ümidlər doğruldu!
Təxminən bir ay əvvəl, avqustun 27-də hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığına dair xəbər yayılan və 2 aydan artıqdır ortalıqda görünməyən baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasov dünən, necə deyərlər, sükutu pozub.
Yenixeber.org: Düzdür, hər hansı açıqlama ilə çıxış etməyib. Ancaq dünən Bakı küçələrindən birində çəkdirdiyi şəkli özünün “facebook” səhifəsindən paylaşıb.
Qeyd edək ki, aktiv “Facebook” istifadəçisi olan Aydın Abbasovun avqustun 21-dən sonra bu sosial şəbəkədən heç bir paylaşım etməmişdi və ya edə bilməmişdi. Bu baxımdan dünən paylaşdığı şəkili Aydın Abbasovun artıq azadlıqda olmasını hər kəsə duyurmaq niyyəti kimi də izah oluna bilər.
Elə , “facebook”dakı dostları Aydın Abbasovun dünənki paylaşımına adekvat reaksiya veriblər. Sabiq deputatın bir çox dostu birbaşa söyləməsələr də, dolayı formada onun azadlıqda görməkdən məmnun qaldıqlarını ifadə ediblər.
Məsələ ondadır ki, avqustun sonlarında redaksiyamıza daxil olan məlumatda bildirilirdi ki, Gəncənin sabiq deputatı A.Abbasov həmin gün Bakıya gələrkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılaraq, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Əvvəlcə Abbasovun hansı səbəbdən saxlanıldığı məlum olmasa da, sonradan onun Elmar Vəliyev silahlı hücumla bağlı açılan cinayət işi çərçəvəsində dindirildiyi iddia edildi.
Xatırladaq ki, Aydın Abbasov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev silahlı hücuma məruz qalarkən, “facebook” üzərindən bu hadisəni bir növ təqdir edən paylaşım etmişdi. Buna görəmi, yoxsa başqa səbəbdəndir bilmirik, A.Abbasovun adının Gəncə hadisələrilə bağlı cinayət işində rəsmən keçdiyi iddia olunurdu…
Biz həmin vaxtan keçən 2 ay ərzində məlumatı dəqiqləşdirməyə, A.Abbasovun saxlanılma səbəbini öyrənməyə çalışsa da, rəsmi olaraq bu haqda hər hansı informasiya əldə etmək mümkün olmadı. Məlumat saytımızda dərc olunduqdan sonra da təkzib edilmədi.
Həm Abbasovlar, həm də hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı hər hansı açıqlama vermədilər. Bəzi mənbələr bunun səbəbini hər iki tərəfin gözləmə mövqeyində olması, Aydın Abbasovla bağlı konkret qərarın verilməməsi ilə izah edirdilər.
Aydın Abbasovla bağlı konkret qərar olmadığından onunla bağlı hər hansı istintaq hərəkəti aparılmadığı, sadəcə hüquq-mühafizə orqanlarının nəzarəti altında saxlanıldığı vurğulanırdı. Hətta sabiq deputatın təcridxanada deyil, ev şəraitində nəzarət altında saxlanıldığını iddia edənlər də vardı. Bu məlumatlara da nə Abbasovlar, nə də hüquq-mühafizə orqanları tərəfindən aydınlıq gətirilmədi.
Mənbəmiz bununla bağlı rəsmi olaraq açıqlama verilməməsinin səbəblərini söyləyə bilməsə də, qarşı tərəfin susqunluğunu Putinin Bakıya sentyabrın 27-də reallaşan səfərinə olan ümidlərlə bağlamışdı. Belə ki, hələ səfərdən öncə redaksiyamıza verilən məlumatda Rusiyanın siyasi elitası ilə, o cümlədən prezidentPutinin ətrafı ilə yaxın əlaqləri olan Abbas Abbasovun dostlarının köməyi ilə oğlunun sərbəstliyinə nail olmaq niyyətində olduğunu vurgulanırdı..
Abbas Abbasovun yaxın dostu olan Rusiya Federasiyası Prezidentinin Xəzər regionu dövlətləri ilə iqtisadi əməkdaşlıq və humanitar məsələləri üzrə xüsusi nümayəndəsi, Dağıstan Muxtar Respublikasının sabiq rəhbəri Ramazan Abdulatipovun vasitəsilə Putinə çıxdığı, ondan oğlunun azad edilməsinə köməklik göstərməyi xahiş etdiyini bildirilirdi.
Putinin Azərbaycana sentyabrın 27-də reallaşan bir günlük səfəri zamanı bununla bağlı rəsmi Bakıdan nə isə xahiş edib-etmədiyi haqda hər hansı bilgimiz yoxdur.
Ancaq Aydın Abbasovun Putin Bakı səfərindən az sonra, saxlanıldığı kimi, səssiz- səmirsiz azadlığa buraxılması diqqəti cəlb edir. Mümkündür ki, Abbas Abbasovun Putinin Bakı səfərinə bağladığı ümidlər döğrulub…
Biz də Aydın Abbbasova “həmişə azadlıqda” diləklərimizi çatdıraraq, bu haqda danışmaaq istəyərsə, mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.(azpolitika)
Rasim