Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ-dan Türkiyəyə qarşı XAİN ADDIM:1 həftə ərzində Pentaqon...

 

ABŞ-dan Türkiyəyə qarşı XAİN ADDIM: 1 həftə ərzində Pentaqon...

14 dekabr 2018-ci ildə Suriyadakı bütün hərbi qüvvələrini geri çəkəcəyini vəd edən ABŞ bunun tam əksini göstərən addımlar atır.

Yenixeber.org: Pentaqon PKK/PYD terror təşkilatını qorumaq üçün “Türkiyəsiz təhlükəsiz bölgə” planlarını həyata keçirir.

Bu mövzuda artıq Suriyanın şimalında Kandil heyəti ilə 1 həftə ərzində 3 dəfə toplantı keçirilib. Qamışlıda təşkil edilən ilk toplantıda amerikalı heyət PKK-nın siyasi təmsilçiləri ilə görüşüb. Görüşlərdə Türkiyə-Suriya sərhədi arasında təhlükəsiz bölgə qurulması məsələsi müzakirə olunub. Üçüncü görüşdə isə amerikalı səfir Uilyam Roebak terrorçularla bir araya gəlib. Rəsmi vəzifəsi İŞİD terror təşkilatı ilə mübarizə üçün qurulmuş beynəlxalq koalisiyanın baş məsləhətçisi olan Roebak 7 nəfərlik heyəti ilə toplantıya rəhbərlik edib.

Saatlarla davam edən müzakirələrdə ABŞ heyəti yaradılacaq təhlükəsiz bölgənin nəzarətini birlikdə təmin etmək vədi verib. Toplantılarda həmçinin, Türkiyənin həyata keçirdiyi “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarında terrorçulardan təmizlədiyi bölgələrin taleyi də müzakirə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam