ABŞ-ın bəslədiyi PKK-lı terrorçuların sayı:ŞOK RƏQƏMLƏR
Yenixeber.org: Suriyanın şimal və şərq bölgəsində dünyanın ən böyük terror bazası ABŞ-ın əli ilə yaradılıb. Suriyadakı daxili müharibəni fürsətə çevirən Vaşinqton, Suriyanın Haseke, Rakka, Deyrizor və Hələb şəhərlərində 30 min kvadrat kilometrlik sahə PKK terror təşkilatına verilib. Dörd rayonun sərhədləri daxilində 3 mindən çox kəndi işğal edən PKK, hər kəndin girəcək və çıxışında lövhələr asmaqla bu işğallara legitimləşdirmə donu geyindirmək istəyən Amerika, PKK-ya quru və havadan silah, zirehli və sursat dəstəyi verməyi davam etdirir. Deyrizorun keçmiş Hərbi Məclis sədri İmed Said, bölgənin mövcud vəziyyətini dəyərləndirib.
65 MİN TERRORÇU VAR
İşğal zonalarında silahlı terrorçu sayının 65 mini keçdiyini və PKK-lı terrorçuların 2 ildən artıq müddətdir ki, bütün xərclərin ABŞ tərəfindən ödəndiyini bildirən İmed Said, Pentaqonun regionda aylıq xərcinin silah yardımları ilə birlikdə 500 milyon dollar olduğunu qeyd edib. Suriyanın şimalında quru və hava yolu ilə silah nəqliyyatının 2 ildir ki, ara vermədən davam etdiyini vurğulayan Said, işğal olunmuş ərazilərə dair bu məlumatları verib:
HAVA NƏQLİYYATI ÇOX İNTENSİVDİR
"Əvvəllərdə İŞİD bəhanəsi ilə hava yolu istifadə olunurdu. Sonra terror təşkilatını qorumaq və silah-sursat daşımaq məqsədi ilə havadan istifadə yenə davam etdi. Münbiç, Rakka, Haseke regionlarında ABŞ-ın təyyarə və vertolyot uçuşlarının çoxluğu narahat edici ölçünü çoxdan aşıb. Bir tərəfdən PKK-ya havadan silah daşıyırlar, digər tərəfdən "PKK-ya qarşı çıxmağı ağlınızdan belə keçirməyin, təşkilat bizim himayəmizdədir mesajı verirlər".
PKK işğalındakı Suriyanın şimal və şərqində ABŞ-ın 20-yə yaxın bazası var. Bu düşərgələrdən bir çoxu, terrorçuların təlimi üçün istifadə edilir. PKK-ya silah daşıyan yük təyyarələri isə tez-tez bölgədə uçuşlar edir”.
150 MİN NƏFƏRLİK ARSENAL
"İşğal xəttində hazırda 65-70 min arasında terrorçu var, ancaq ABŞ, təhcizatını 150 min nəfərlik bir orduya görə edir. Hazırda heç bir ölkədə bu qədər terrorçu yoxdur. Üstəlik, PKK mənsublarının bütün açıq terror fəaliyyətləri İŞİD bəhanəsi ilə örtülməyə çalışılır. Rakkada Öcalan fotoşəkillərini asan və bölgənin hamısında PKK cır-cındırlarını yerləşdirən bir terrorçu qurumuna on minlərlə kvadrat kilometrlik ərazilər təhvil verilib. Mövcud vəziyyəti ilə bu bölgə, dünyanın ən böyük terror adasına çevrildi".
25 ÖLKƏDƏN GƏLİBLƏR
Deyrizor keçmiş Hərbi Məclisinin sədri İmed Said, "İŞİD-ə qarşı mübarizə adıyla Hələb və Hasekeye minlərlə xarici terrorçunun gətirildiyinə diqqət çəkib. Said, "Suriya sahəsinə ABŞ-ın quru gücü olaraq gətirdiklərinin 40 faizdən çoxu xarici terrorçulardır. 25-dən çox ölkədən pullu əsgərlər Suriyada PKK-ya dəstək məqsədi ilə gəlir. İraq, İran və Türkiyə vətəndaşları çoxluq təşkil edir. Avropa ölkələri və ABŞ-dan gələnlərin sayı da az deyil" deyib. 2014-2015 arası başlayan terrorçu transferində Eyn el-Arabda qurulan düşərgənin istifadə edildiyinə işarə edən Səid, "Burada terrorçuların sayı daha sonra getdikcə artdı. Eyn el-Arabdan sonra Haseke-Hola, Rasulayn və son olaraq Rakka-Zirai Araşdırma Mərkəzi, Suriya xaricindən gələn xarici terrorçular üçün düşərgə sahəsinə çevrilib. PKK sıralarında döyüşənlər üçün ən diqqət çəkən detal, bu qatillərin öz ölkələrinə çox tez-tez gediş gəlişləri olduğu halda, heç bir maneə və ya hüquqi maneə ilə qarşılaşmamalarıdır" deyə, söyləyib.(müxalifet)