Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Millət vəkilindən yeni təklif

 

Millət vəkili Fazil Mustafa Azərbaycanın xilaskarı Nuru Paşa ilə bağlı cizgi filminin çəkilməsi ideyasını irəli sürüb

"Xeberinfo.com": Bu barədə F.Mustafa özünün Facebook səhifəsində yazıb: “İstər Azərbaycandan, istərsə də Türkiyədən bu işə sponsor tapa bilərəm. Azərbaycanda Nuru Paşaya münasibət heç də yaxşı deyil. O, Bakını azad edib, bizi qətliamdan qurtarıb, bizə dövlət yaratma şansı verib. Biz isə onun adının ən sadə formada belə əbədiləşdirilməsinə qarşı dirəniş göstəririk”. 


Deputat onu da bildirib ki, bu ideyanı Türkiyədə həll etmək mümkündür: “Orada bunun çəkilişini gerçəkləşdirənlər tapılar. Ssenari məsələsinə gəldikdə isə, ola bilsin ki, qabiliyyəti olan və Paşanın ruhu qarşısında özünü borclu sayan Azərbaycanın yaradıcı adamları öz layihələrini hazırlaya bilərlər və onların içindən birini seçmək olar. Əgər hansısa uyğun layihə ortaya çıxmasa, bu işi özüm də gerçəkləşdirməyə çalışacağam. Böyüklərimizin vəfasızlıq kodunu, heç olmazsa uşaqlarımıza buraxmyaq. Hər halda Allahın köməyi ilə yaxın zamanlara bunu nə yolla olursa olsun, gerçəkləşdirməyə çalışacağam”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam