Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Millət vəkili "gecəqondular"ın özəlləşdirilməsini təklif etdi

 

Millət vəkili "gecəqondular"ın özəlləşdirilməsini təklif etdi

 

“Türkiyədə iqtisadçıların İstanbul haqqında belə bir deyimi vardı: "İstanbul  böyüdükcə, Türkiyə kiçilir". Bu fikri Bakı haqqında da işlətmək olar. Bakı böyüdükcə, Azərbaycan kiçilir”

 

Yenixeber.org: Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

O bildirib ki, artıq bölgələrin inkişafı haqqında düşünmək və Bakını bu yükdən azad etmək  lazımdır. Deputat Bakı ətrafındakı qəsəbələrə diqqət ayırmağın vacib olduğunu vurğulayıb. Onun fikrincə, Bakı ətrafında dəhşətli bir "gecəqondu" strukturu yaranıb: “Bu, dəhşətdir. Bakıətrafı qəsəbələrdəki mənzərə  şəhərin mərkəzində görünən gözəlliklə üst-üstə düşmür”.

Deputat vətəndaşların bu "gecəqondular"ını özəlləşdirməsinə imkan yaradılmasını təklif edib: “Belə olan halda dövlət büdcəsinə əlavə gəlir gələcək. Ya da regionda insanlar üçün şərait yaradılsın ki, paytaxta gələn insanlar regionlara qayıdaraq işlə məşğul olsun”.

F. Mustafa qeyd edib ki, bu gün regionların inkişafı üçün müəyyən addımlar atılır: “Lakin Gəncədən başqa heç bir regionda beynəlxalq standartlara uyğun universitet qurulmayıb. Gəncədə Aqrar Universitetin modern yataqxana kompleksi var, Bakıda bir çox  universitetin heç belə yataqxana kompleksi yoxdur. Biz bu gün insan kapitalından danışırıq, lakin tələbələrin təqaüdünü azaldırıq. Onların yataqxana problemini həll etməmişik”.

Deputat xəstəxanaların özəlləşdirilməsi məsələsinə də toxunub. O qeyd edib ki, dövlətin imkanları daxilində bir sıra xidmətlərin göstərilməsi çətindir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam