Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

16 ölkənin XİN rəhbərləri görüşəcək -Varşavada


Noyabrın 29-da Varşavada Mərkəzi, Şərqi və Cənubi Avropanın 16 ölkəsinin xarici işlər nazirlərinin və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin görüşü keçiriləcək.

Xeberinfo.com:  Bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Yoanna Vayda məlumat verib.

“Vışeqrad qrupu”nun üzvü olan Çexiya, Macarıstan və Slovakiyanın, Avropa İttifaqına daxil olmağa çalışan altı dövlətin - Monteneqro, Serbiya, Makedoniya, Albaniya, Bosniya və Herseqovina və Kosovonun, habelə “Vışeqrad qrupu” ölkələrinin Aİ üzrə qonşularının - Bolqarıstan, Xorvatiya, Yunanıstan, Rumıniya, Sloveniya və İtaliyanın xarici işlər nazirləri Polşa paytaxtına gələcəklər.

Polşa XİN-in məlumatına görə, danışıqlarda 16 nümayəndə heyətinə daxil olan təxminən 100 adam iştirak edəcək. Nazirlikdən onu da bildiriblər ki, görüşdə Avropa diplomatiyasının rəhbəri Federika Moqerininin iştirakı üzv dövlətlər üçün mühüm xəbərdarlıqdır.

Avropa diplomatlarının iclasında qanunsuz miqrasiya, mütəşəkkil cinayətkarlıq, terrorizm və hibrid təhlükələr müzakirə ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam