Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Münhen Təhlükəsizlik Konfransı işinə başlayıb

 

 

Konfransın qonaqları arasında 20-dən çox dövlət və hökumət başçıları var

 54-cü Münhen Təhlükəsizlik Konfransı işinə başlayıb.

Yenixeber.org: Tədbiri illik konfransın sədri Volfqanq İşinger açıb.

Daha sonra BMT baş katibi Antoniu Quterrişin, NATO baş katibi Yens Stoltenberqin, Ukrayna prezidenti Petro Poroşenkonun çıxış edəcəyi gözlənilir.

Fevralın 17-də Avstriya kansleri Sebastyan Kurtsun, Rusiya xarici işlər naziri Sergey Lavrovun, Türkiyə baş naziri Binəli Yıldırımın və başqalarının çıxış edəcəyi nəzərdə tutulur.

Konfransın qonaqları arasında 20-dən çox dövlət və hökumət başçıları var.

Konfransda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

Qarşıdakı Konfransın gündəliyi, əsasən, Avropa İttifaqının qlobal oyunçu kimi gələcək roluna və ABŞ-Rusiya münasibətlərinə həsr olunacaq. Bundan əlavə, Münhen Konfransının iştirakçıları Yaxın Şərqdəki münaqişələri, Fars körfəzi ölkələri arasında pozulan əlaqələri, eləcə də Şimali Koreyanın nüvə proqramı ətrafındakı gərginliyi müzakirə edəcəklər.

Konfrans fevralın 18-də başa çatacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam