Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Qarabağ separatçısına büstün qoyulmasına etiraz edilib-Gürcüstan parlamentində

 

 

Gürcüstan parlamentinin builki yaz sessiyasının ilk iclasında Axalkalakidə Qarabağ separatçısı olan erməni hərbçi Mixail Avaqyana büstün ucaldılması məsələsi qaldırılıb.

Yenixeber.org: Yerli büromuzun verdiyi xəbərə görə, parlamentin deputatı Azər Süleymanov çıxışında separatçıya Gürcüstan torpağında büstün qoyulmasını pisləyib və höküməti bununla bağlı ciddi addım atmağa çağırıb.

O bildirib ki, 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü olarkən niyə görə Gürcüstan torpağında əli günahsız insanların qanına bulaşan və Azərbaycan xalqının düşməni olan Mixail Avaqyana büst qoyulub? 

"Ən pisi isə budur ki, büstün açılış mərasimində deputatlar, bələdiyyə sədri, mer və Ermənistanın ölkəmizdəki səfiri iştirak ediblər. Bu, xalq arasında böyük narahatçılıq və ajiotaj yaradıb. Cənab Kobaxidze, mən sizdən bir cavab istəyirəm ki, sizin deputatlarınız orada iştirak edib və siz buna necə qiymət verə bilərsiniz?”, - deyə deputat söyləyib.

A.Süleymanov həmçinin qeyd olunan büstün sökülməsi tələbini də qaldırıb: “Cənab Kobaxidze, bizim xahişimiz odur ki, Gürcüstanın imicinə xələl gətirən həmin büst götürülsün və bu kimi hallar Gürcüstanda bir daha təkrar olunmasın”.

Məsələyə münasibət bildirən prlament sədri İrakli Kobaxidze isə bildirib ki, Gürcüstanın qonşu ölkələrlə bağlı aydın mövqeyi var: “Biz qonşu ölkələrin maraqlarına hörmət edirik və bu maraqlara uyğun hərəkət edirik. Əgər lazım gəlsə, biz azərbaycanlı həmkarlarımızla məsləhətləşmələr aparacağıq və bir yerdə qonşuluqda sülh şəraitinin qorunub saxlanılması üçün qərar qəbul edəcəyik”.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam