Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlılar etiraz aksiyası keçirəcək-Gürcüstanda

 

Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçirəcək

Gürcüstanda yaşayan azərbaycanlılar Tiflisdə etiraz aksiyası keçirəcək.

 Yenixeber.org: Aksiya fevralın 5-də, saat 12:00-da Gürcüstan Parlamentinin qarşısında start götürəcək.

Etirazlara səbəb isə Axalkalaki bölgəsində Abxaziya və I Qarabağ Müharibəsində fəal şəkildə iştirak edən Mixail Avaqyana abidə qoyulmasıdır.

Aksiyada “Təxribatçılar, əlinizi Gürcüstan-Azərbaycan dostluğundan çəkin!”, “Seperatçı Mixail Avaqyanın büstü götürülsün!”, “Gürcüstan-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir!”, “Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil!”, “Separatçılığa və separatçılara YOX!” şüarlarının səsləndirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 20 yanvar 2019-cu ildə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı Soyqırımını törədən cinayətkarlardan olan separatçı Mixail Avaqyana abidə ucaldılıb. Bu, Azərbaycan ətərfinin sərt reaksiyasına səbəb olub. Xarici İşlər Nazirliyi Gürcüstana nota göndərsə də, heykəl yerindən götürülməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam