Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

TV-də ayağını göyə qaldıranlara sərt reaksiya

 

“Aparıcını məşhurlaşdırmaq üçün qeyri-ənənəvi formarlardan imtinaya çağırmaq lazımdır”. 

"Xeberinfo.com":  Bunu jurnalist-teletənqidçi Qulu Məhərrəmli  açıqlamasında bildirib.
Onun fikrincə, tamaşaçı çox şeyi televiziyadan götürür: “Televiziya güzgüdür. Çox təəssüf ki, bizdə qırmızı xətt keçilib, davranış normaları pozulub. Bəlkə də belə hərəkətləri kişi aparıcılar etsə, bir o qədər diqqəti cəlb etməz. Amma qadın aparıcılar davranışlarında lazımi hədləri keçəndə istər-istəməz cəmiyyətin reaksiyası kəskin olur”.

Q.Məhərrəmli bunun səbəbini belə izah edib: “Burda gizli şüraltı məqam var. Biz Azərbaycan qadınlarını başqa cür təsvir edirik. Həyalı, utancaq, ölçüləri gözləyən və s. Amma aparıcıları şpaqat açan, gimnastik oyunlar oynayan şəkildə ekranda görəndə biz pis oluruq. Şou verilişlərində aparıcının işi əyləndirmək, diqqəti cəlb etməkdir. Amma bu davranışların bir ölçüsü var”.

Teletənqidçi onu da əlavə edib ki, televiziyanın obrazı var: “Zamanla tamaşaçı onu özünə doğmalaşdırır. Bu hərəkətlər tamaşaçını məyus edir. Aparıcını və verilişi başqa əyləncələrlə məşhurlaşdırır. Efirə ailə, uşaq baxır. Ölçüləri pozmaq olmaz. Ən böyük problem ölçülərin pozulmasıdır”.

Qeyd edək ki, “Qafqazinfo”nun məlumatına görə, ATV-nin “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva canlı yayımda şpaqat açaraq paltarının cırılması olayının müzakirəsi başa çatmadan “Xəzər” TV-nin aparıcıları olan Sevil və Sevinc bacıları gündəmə gəlib. 

Əkiz bacılar “Hər şey daxil“ verilişində idman hərəkətləri edib. Sevinc verilişdə uzanaraq ayaqlarını yuxarı qaldırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam