Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda unun qiyməti qalxdı


 

İlin sonlarında ölkədə bahalaşmanın olacağı ilə bağlı proqnoz özünü doğrultdu. Belə ki, ərzaq məhsullarının qiymətində nəzərə çarpacaq dərəcədə bahalaşma qeydə alınıb. 
"Xeberinfo.com":  Yumurtanın qiymətində 4-5 qəpiklik artımdan sonra xaricdən idxal olunan bir sıra ərzaq məhsullarının da qiyməti qalxıb. Xüsusilə də Türkiyə istehsalı olan duru yağların, həmçinin Ukraynada istehsal edilən süd məhsullarının ölkəyə gətirilməsində də problemlər yaranıb. 
Satıcılar bu məhsulların “yoxa çıxmasının” səbəbini dəqiq bilməsələr də, bunu daxili istehsalçıları himayə edən məmur-oliqarxların inhisar siyasətinin əlaməti kimi izah edirlər. 
Maraqlısı odur ki, xaricdən gətirilən duru yağların sıxışdırılması fonunda yerli malların qiymətində ciddi şəkildə artım qeydə alınmaqdadır. Çörəkdən istifadəyə görə öncül yerlərdən birini tutan Azərbaycan əhalisini narahat edən digər xəbər isə unun qiymətində ciddi artımın müşahidə olunmasıdır. 
Bu sahədə fəaliyyət göstərən iş adamları tərəfindən musavat.com-a verilən məlumata görə, son günlər topdansatış mərkəzlərində bir kisə 50 kq-lıq unun qiyməti 17,40 AZN-dən 18,80 AZN-ə qalxıb. 
Belə olan şəraitdə çörəyin çəkisinin azalacağı, yaxud qiymətinin artacağı da istisna olunmur. 
Bəzi ekspertlər bu bahalaşmanın bir səbəbini də son vaxtlar milli valyutaların inflyasiyaya uğraması ilə izah edir. Ancaq bahalaşmanın davam edəcəyi də istisna olunmur.  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam