Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Tərəvəzin qiyməti qalxdı

 

 

    Kənd təsərrüfatı məhsullarının qiymətində son günlərdə qəfil artım baş verib. Əsasən də tələbat olan kənd təsərrüfatı mallarının qiymətinin belə qəfil bahalaşmasının səbəbi nədir? Bu suallara kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov cavab verib

 

"Xeberinfo.com": Ekspert deyir ki, Rusiyanın Qərbdən kənd təsərrüfatı mallarının idxalını dayandırmasından sonra bu ölkədə bazarın bizim üçün əlçatan olması yerli sahibkar və tədarükçüləri daha çox maraqlandırıb. Nəticədə istehsal olunan məhsulun bir hissəsi də ora gedib və ölkə daxilində qıtlıq yaranıb: “Qiymət artımı dalğası bir müddətdən sonra özünü göstərəcək. Növbəti mərhələdə əsas ərzaq məhsullarının qiymətinin artdığını müşahidə edəcəyik. Ət və ət məhsullarının, yumurtanın, meyvənin qiyməti artacaq. Bu da onunla bağlıdır ki, bu il az məhsul istehsal olunub və onun bir hissəsi qonşu ölkəyə gedib. Təklif azaldığı üçün bu məsələ bazarda özünü göstərib. Ola bilsin ki, bu boşluq digər ölkələrdən gətirilən məhsullarla aradan qaldırılsın. Hər halda, vəziyyətin necə olacağını zaman göstərəcək. Lakin bahalaşmanın olması labüddür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam