Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Ümummilli liderin əziz xatirəsi Həştərxan şəhərində anılıb

 

 

"Xeberinfo.com": Bu gün Rusiya Federasiyasının Həştərxan şəhərində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirilmişdir. 

Mərasimdən öncə tədbir iştirakçıları, o cümlədən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev, Həştərxan vilayəti və şəhərinin rəsmi nümayəndələri, diaspor təmsilçiləri, iş adamları, ictimaiyyətin

nümayəndələri, azərbaycanlı tələbələr  və şəhər sakinləri  tərəfindən Həştərxan şəhərindəki Heydər Əliyev parkında ucaldılmış Ulu Öndərin abidəsi önünə əklillər qoyulmuşdur.

Anım mərasimi Həştərxan şəhərinin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli ümumtəhsil


məktəbində keçirilmişdir. Mərasimin əvvəlində tədbir iştirakçıları Ulu öndərin parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.  Giriş sözü ilə çıxış
edən Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ümummilli lider Heydər

Əliyevin həyat və fəaliyyət yolu haqqında ətraflı məlumat vermiş, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələrdən danışmışdır.

 

 

 

Mərasimin sonunda ənənəvi olaraq Heydər Əliyev Fondu adından sözügedən məktəbin fərqlənmiş 12 şagird və

 

5 müəlliminə təqaüd və hədiyyələr təqdim olunmuşdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam