Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xədicə İsmayılı tutduran gənc müsahibə verdi

 

 

Tural Mustafayev: “Bu həbs siyasi məsələ deyil, iki insan arasında olan işdir və qəti şəkildə özümdə günah görmürəm”; “İntihara cəhddən sonra özüm Maştağada dispanserə müraciət etmişəm və 12 gün orada qalmışam”

 

"Xeberinfo.com":  Azadlıq  Radiosunun əməkdaşı Xədicə İsmayılovanın həbsinə səbəb olan Tural Mustafayev “Yeni Müsavat”ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik: 
- Tural, sizi istintaqa dəvət ediblərmi? 
- Yox, məni istintaqa dəvət etməyiblər.  Nə vaxt dəvət edəcəkləri barədə məlumat verməyiblər. Mən burdayam və heç bir problem yoxdur. 
- Siz qeyd etmisiniz ki, istintaq sirri olduğu üçün heç nə açıqlamayacağam, amma yazışmaları “screen” edib yaymısız....
- Bu yazışmaları yaymaq istintaq sirrini yaymaq mənasını vermir. Mən istintaqa təqdim olunmuş sübutlardan birini yaymışam. Həmin yazışmalar 33 səhifəlikdir və yalnız bir hissəsini paylaşmışam. Burada söhbət martın 9-dan 16-na qədər baş verən hadisələrin öz əksini tapmasından gedir. 
Artıq bu sübutların bir hissəsini paylaşmışam və istintaqa da təqdim olunub. İstintaq yekunlaşandan sonra bütün faktları detalları ilə paylaşacağam ki, mənə qarşı bu qarayaxmalara son qoyulsun.
- Sizə jurnalistin həbsinə görə qınaqlar, tənqidlər var, bunlardan özünüzü necə qoruyacaqsınız?
- Mənə qarşı qarayaxma kampaniyası aparanlar, məni onun üzünə durmaqda ittiham edənlər əslində bu hadisəni ictimai rəydə siyasiləşdirmək istəyirlər. Xədicə İsmayılın həbsi siyasi motivli hadisə deyil. Sadəcə, iki nəfər arasında baş vermiş olaydır. Ən əsası budur ki, məni qınayanlar özləri bu hadisələrin canlı şahidlərdir. Onlar istəmirlər ki, bu hadisələrdə iştirak etsinlər. Bu adamların əksəriyyəti Xədicə İsmayılın yanında olublar. 
Məsələn, onlardan biri Aynur İmranovadır ki, onun təsiri ilə Xədicə nə qədər hərəkətlər edib. Yenə deyirəm ki, istintaq davam edir və mən geniş açıqlama vermək istəmirəm. Kim məni qınayırsa, onun öz fikridir. 
Sadəcə, Xədicə İsmayıl iqtidarı tənqid edirsə, onun ictimai nüfuzu varsa, bu  o demək deyil ki,  onun həbsi siyasidir. Əgər Xədicənin həbsinin siyasi əsası olsaydı, daha əvvəl tutardılar. Bundan əvvəl də saxlanılıb, istintaqa çağrılıb. 
- Siz bir gənc oğlan kimi, o cümlədən həmkar kimi etdiyiniz hərəkəti düz hesab edirsizmi? Yəni intihara cəhdə görə şikayət edib xanım jurnalistin həbsinə səbəb olmusuz.
- Bilirsiniz, bu məsələlər artıq 8 aydan çoxdur ki, davam edirdi. Onu da deyim ki, mənim heç bir psixoloji problem yox idi. Sadəcə, depressiv hallar olurdu. Bu da mənə qarşı şiddətli təzyiqlərdən asılı idi. Bilirsən necədir? 
İki insan arasında olan bir işdir və bunu siyasiləşdirmək olmaz. Məsələn, bu gün “Yeni Müsavat”a çoxlu tənqidlər var və qəzetin yazdığı məqalələri hər dəfə siyasiləşdirirlər. İndi də mənim şikayətimi siyasiləşdirirlər.
 - Sizcə iki nəfər arasında olan münasibətə görə məsələni bu dərəcədə böyütməyə, həbsə gətirib çıxarmağa nə ehtiyac var idi?  
- Mən həbsdən lap əvvəl Xədicə İsmayıla zəng etdim, onu görüşüb danışmağa dəvət edim. Fikrim varıydı ki, bütün baş verənlərə bağlı danışaq və bu söhbətə yekun vuraq. Ancaq martın 9-da yazdığı fikirləri  martın 16-da təkrar səsləndirməsindən sonra başqa çıxış yolu yox idi. Mən məcbur oldum şikayət edim. 
- O siz nə demişdi ki, intihara cəhd etdiniz, şikayət etməyə məcbur oldunuz? 
- Mən indi bunu açıqlaya bilmərəm. Çünki istintaq sirridir. Yenə deyirəm ki, istintaq yekunlaşsın, geniş bir açıqlama verməyə hazıram. Sadəcə, bir detalını vurğulaya bilərəm - mənim iş fəaliyyətimin dayandırılması və mətbuatdan uzaqlaşdırılmağıma göstərişlər verilmişdi. Mən video jurnalistika ilə məşğul olurdum. 
Ancaq onun tapşırıqları və müəyyən əlaqələrinə görə verdiyi göstərişlərlə videolarımı qəbul etmirdilər. İkincisi, ilkin səbəblərdən biri məni nişanlımla ayırmalarıdır. Bu gün də nişanlıma təhdidlər yazılır, müxtəlif sözlər deyilir. Onun “Meydan TV”yə açıqlaması  SMS formasında idi və redaktə olunmuşdu. Sadəcə, istintaq davam edir və hər şey istintaqın gedişindən sonra gün kimi aydın olacaq.
- Nişanlınızın rəfiqəsi yazıb ki, siz Rövşanəni öldürməyə qalxmısınız, sonra yazırlar ki, maşınınızı yandırmısınız. Bu psixoloji problemlərə görə olub? 
- Mənim maşınım təsadüfən alışıb yanıb. Maşını yandırmağım yalandır. Nişanlımı da öldürmək istəyim olmayıb. Mən çox açıqlama vermək istəmirəm. Sadəcə, bugünkü təzyiqlər bizim ayrılmağımıza səbəb olub. 
Nişan ailələr arasında olur, razılaşdırılır. Nişan pozulanda da ailələr oturub danışır və ayrılmağa qərar verirsən. Burada günah Rövşanədə olub. Əgər qohumları istəməsəydi, gəlib ailə üzvlərimə deyərdilər ki, nişanı qaytarırıq. 
Sadəcə, Rövşanə ilə olan mübahisələrimiz bu hadisələr üstündə olub və ayrılmışıq. Bu gün də onun yanında olan şərəfsiz dostları ailə söhbətlərini, ondan eşidib-bildiklərini tirajlayırlar. Bizim mübahisələrimiz də bunun üstündə olub ki, onlar bu daxili söhbətləri yayırlar, facebookda yazırlar. Psixoloji problemlərə gələndə, heç vaxt psixoloji problemim olmayıb. Ancaq yazırlar ki, alkoqolik olmuşam. 
Mən martdan bəri içki içmirəm. Sadəcə, intihara cəhddən sonra özüm Maştağada dispanserə müraciət etmişəm və 12 gün orada qalmışam. Bunu dispanserə sorğu göndərib bir jurnalist kimi aydınlaşdıra bilərsiniz. 
Məndə depressiv hallar olub, psixoloji problemim nə əvvəl olub, nə də bu gün var. Mən o adamlara gülürəm ki, psixoloji problemim olduğunu yazırlar. Onlar düşünür ki, psixoloji problemim olduğu üçün Xədicənin üzünə durub onu həbs etdirmişəm. 
- Əgər bu məsələ siyasi deyilsə, iki nəfər arasında olan münasibətə görədirsə, onda şikayəti geri götürə bilməzsiniz? Axı ciddi araşdırmalar yazan bir xanım jurnalistin həbsinə səbəb olmusunuz?! 
- Mən şikayətimi geri götürməyi fikirləşirdim. Şikayət ərizəmi geri götürə də bilərdim. Ancaq bu gün o şərəfsizlərin yazdıqları, tirajladıqları məsələlərə görə geri götürməyəcəyəm. Bu iş məhkəmədə həll olunacaq və orada hər şeyi açıqlayacağam. 
Yenə deyirəm ki, məni Xədicənin hakimiyyətlə bağlı mövqeyi, yazdığı araşdırmalar maraqlandırmır. Çünki bu həbs siyasi məsələ deyil, iki nəfər arasında olan işdir. Əslində o araşdırmaları ingilis dilini bilən və jurnalist olmayan da yaza bilər. Mən istənilən adama xarici saytları verə bilərəm ki, məqalə hazırlasın, yəni burada Xədicə İsmayılın etdiyi qeyri-adi heç nə yoxdur. 
- Yəni, özünüzü günahkar bilmirsiniz? 
- Qəti şəkildə  özümdə günah görmürəm. Əksinə, istintaq yekunlaşsın və məhkəmədə kimin günahkar olub-olmadığı bilinəcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam