Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Xədicə İsmayılın dostlarından biri istintaqa ona qarşı ifadə verib

 

“Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın yaxın ətrafında olan jurnalistlərdən bir neçəsi ona qarş istintaqa ifadə verib. Hazırda onun müdafiə kampaniyasında iştirak edənlərdən birinin ifadəsi isə Xədicə İsmayılovanın işinin daha da ağırlaşmasına səbəb ola bilər”.
"Xeberinfo.com": Bunu “AzerFax”a adının çəkilməsini istəməyən məlumatlı mənbə deyib. Onun sözlərinə görə, X.İsmayılovaya qarşı ifadə verənlər hazırda onun ittiham olunduğu 125-ci maddə üzrə aparılan istintaqda deyil, bundan əvvəl araşdırılmış qrant əməliyyatları və xaricdən daxil olan vəsaitlər üzrə dindirmələrdə iştirak ediblər: “Onlardan biri isə Xədicə İsmayılovaya qarşı istifadə oluna və onun vəziyyətini ağırlaşdıra biləcək ifadə verib. Hazırda həmin adam Xədicə İsmayılovanın müdafiə kampaniyasında yaxından iştirak edir. O və Xədicə İsmayılovaya qarşı müxtəlif məzmunlu ifadələr vermiş şəxslər, yəni Xədicənin vasitəsilə əldə olunmuş qrant layihələrinin iştirakçıları maraqlıdırlar ki, jurnalist xanım məhz Tural Mustafayevin şikayəti əsasında tutulsun və onların istintaqa verdiyi ifadələr üzə çıxarılmasın”. 
Yeri gəlmişkən qeyd edək ki, artıq sosial şəbəkədə də bu məsələ ilə bağlı statuslar gözə dəyməkdədir. Məsələn, “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev belə bir statusla çıxış edib: “Məndə olan məlumata görə, bu gün var gücü ilə Xədicə İsmayılovanı müdafiə edənlərdən birinin istintaqda Xədicənin əleyhinə istifadə olunacaq ifadələri var. Çox səbirsizliklə məhkəmədə bu ifadələr açıqlanandan sonra həmin şəxsin reaksiyasını gözləyirəm”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam