Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Tural Mustafayevdən yeni şou

 

Tural Mustafayev “Ərizəmi geri götürürəm” dedi, sonra saxlandığını iddia etdi; onun bu hərəkətinin arxasında nə dayanır?

 

"Xeberinfo.com":  Araşdırmaçı jurnalist Xədicə İsmayılın onu intihar həddinə çatdırdığı haqda şikayət verib jurnalistin həbsinə vasitə olan Tural Mustafayev sensasiyalı açıqlama yayıb. O, dekabrın 27-si saat 11 radələrində özünün facebook səhifəsində qeyd paylaşıb ki, Xədicə İsmayıla qarşı ərizəsini geri götürmək istəyir və buna görə də təcili vəkil axtarır.
“Müstəqil vəkillərdən kömək istəyirəm. Xədicə İsmayıla qarşı verdiyim şikayət ərizəsini geri götürürəm. Kimsə təcili kömək eləsin. Həbs təhlükəsi var. Qorxu həbs olunmağım deyil, sadəcə, vaxt edib şikayət ərizəsini götürməmiş həbs oluna bilərəm. Bəyan edirəm, Xədicə İsmayıla qarşı verdiyim ərizəni geri götürmək istəyirəm və bunu edəcəm”, - deyə T.Mustafayev profilində ard-arda yazıb.
Bundan təxminən yarım saat sonra T.Mustafayev belə bir qeyd paylaşıb: “Artıq sahə müvəkkili məni axtarır. Atama zəng olunmuşdu. Evdə olduğumu bilirlər. İndilərdə gələrlər”. Ardınca isə qeyd edib ki, “Mənim nömrəmə zəng çatmasa, ya da cavab verməsəm, atamla əlaqə saxlayın”.
Bu qeydindən 5 dəqiqə sonra isə o yazır: “Saxlanıldım!!!”.
Bu məsələ ilə bağlı T. Mustafayevin rəsmi nümayəndəsi Ruslan Əliyevin də sosial şəbəkədəki statusunda məlumat var. R.Əliyev aşağıdakıları yazıb: “Tural Mustafayevin Sabirabad jurnalistlərinin işindən etibarnamə üzrə onun da nümayəndəsi olduğum üçün az əvvəl (11:41-də) zəng elədi, bildirdi ki, Xədicə İsmayıldan şikayətçi deyil, şikayətini geri götürmək istəyir, bunu ərizələşdirməkdə kömək istədi. Əlavə elədi ki, vəkilə ehtiyacı ola bilər. Ondan səbəbləri dəqiqləşdirdikdə, sözü bu oldu ki, ”Xədicə İsmayıldan şikayətçi deyiləm, səmimi olaraq barışmaq istəyirəm. Şikayətçi olmağım həmin vaxtlar psixoloji durumumda problemlərlə bağlı olub. Hal-hazırda özümü sağlam hiss edirəm". Bu məzmunda ərizə yazmaq istədiyini, yazıb sosial şəbəkədə də paylaşmaq istədiyini dedi. Tutula biləcəyini bildirdi, hər ehtimala atasının nömrəsini verdi (12:02). Həmin məzmunda mətni formalaşdırıb e-mailinə yazdım, elə həmin vaxt (12:05) zəng etdi ki, artıq polislər gəldi, ərizə yaza bilmədi. Bu məlumatı paylaşmağımı istədi".
Tural Mustafayev yazdıqlarını Meydan TV-yə təsdiqləyib: “Xədicə İsmayıla qarşı verdiyim ərizəni geri çəkirəm və barışığa gedirəm. Müstəqil vəkil axtarıram. Ola bilsin ərizəmi geri götürəndən sonra özümü həbs etsinlər. Həbsim problem deyil. Sadəcə, vaxt tapıb ərizəmi geri götürmək istəyirəm. Təcili kimsə mənimlə əlaqə saxlasın. Nümayəndəm var - Ruslan Əliyev, mən onunla danışdım, hazırda ərizəni geri götürmək üçün işləyir. Ancaq nümayəndə ilə olmur, vəkil lazımdır. Cavad Cavadlı, Elçin Sadıqov... O birilər Xədicənin vəkilləridir, onlar mənə vəkillik edə bilməyəcəklər. Anar Qasımlı və ya kimsə bunu boynuna götürə bilərsə, götürsün”.
“Yeni Müsavat” 28 dekabrda bir neçə dəfə T.Mustafayevlə telefon əlaqəsi yaratmağa çalışıb. Jurnalistin telefon nömrəsi açıq olsa da, zənglərə cavab verməyib. Sosial şəbəkədə elan etdiyi, “atamın nömrəsidir” dediyi telefon nömrəsinə cavab verən şəxs isə özünü T.Mustafayevin əmisi kimi təqdim etdi: “Qardaşım indi burda yoxdur, sonra zəng edin. Tural isə həbs olunmayıb, azadlıqdadır, hər şey qaydasındadır”.
T.Mustafayevin rəsmi nümayəndəsi Ruslan Əliyev isə dekabrın 28-də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, o, T.Mustafayevdən başqa digər jurnalistlərin də nümayəndəsidir: “Ona görə dünən zəng edib kömək istədi, ərizəni necə yazsın deyə. Kömək elədim. Amma atası internetdə oxuduqlarıma görə onu yalanladı deyə atası ilə Turalın verdiyi nömrə ilə danışdım. Dedi ki, çıxdı çölə çayxanaya uşaqlarla. Dedim, onda yanından zəng edərsiz, durum nədir, mənə deyərsiz. Amma atasından səs çıxmadı. Turalın özündən də. Ona vəkil lazım olduğunu demişdim. Yəni, qısası mən ona dünən sırf yazmaq istədiyi ərizənin mətnini formalaşdırmaqda kömək etmişəm və artıq polislər arxasınca gəldiyi üçün yaza bilmədiyini fb-da yazmağı xahiş edib. Ondan sonra xəbərim yoxdur. Məndən başqa kömək istəməyib. İndi harada olduğu barədə də məlumatım yoxdur. Məndən xahiş etdiyi mətni yazıb, yaza bilməyib, vəkil tapıb-tapmayıb, dünəndən mən də sizin kimi ondan xəbərsizəm”.
Ekspertlər isə hesab edir ki, T.Mustafayevin bu hərəkəti sırf şou xarakteri daşıyır. Belə ki, mətbuat artıq uzun müddətdir bu persona ilə maraqlanmır. O da özünü yenidən gündəmə gətirmək üçün bu cür ucuz şoulardan istifadə edir. 
Xatırladaq ki, Tural Mustafayevin istintaqa verdiyi ifadəsi əsasında dekabrın 5-də Səbayel Rayon Məhkəməsi “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsinə qərar verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam