Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dünya əhalisinin 250 milyonu narkomaniyadan əziyyət çəkir

 

“Bu gün insanlar narkomaniyanın törətdiyi ağır fəsadlar qarşısındadır. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin iki yüz əlli milyonu bu dəhşətli xəstəlikdən əziyyət çəkir. Narkomoniya insanları ölümə məhkum edən və genofonda sarsıdıcı təsir göstərən bəladır”.

 

"Xeberinfo.com":  Bu barədə Ailə Qadın Uşaq Komitəsinin sədri Hicran Hüseynova “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” adlı beynəlxalq konfransda çıxış edərəkən bildirib.


Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə respublikamızda narkomanların sayı azdır. Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Həsənovun rəhbərlik etdiyi Narkomanlığa və narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisiyyasının fəaliyyəti bunu bir daha sübut edir. Ölkəmizin bu problemlə mübarizə aparmaq üçün, güclü qanunvericilik bazası mövcuddur:

 

“ Prezident İlham Əliyevin başçılığı ilə digər sahələrdə olduğu kimi, narkomaniyanın qarşısını alınması mühim addımlar atılır. “Xüsusi ilə Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarını qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2007-2012-vi illər üçün Dövlət Proqramları”nı qeyd etmək lazımdır.  2013-2018 – ci illər üçün yeni Dövlət Proqramının təsdiq edilməsi üçün bu dəhşətli bəlaya qarşı mübarizəni daha da təkmilləşdirir”-, komitə sədri qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam