Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MTN-nin müavini narkotiklərin haradan daşındığını açıqladı

 

“Son illər uğurlu əməliyyat tədbirləri nəticəsində ölkədə narkotiklərin qanunsuz dövriyyəsi cəhdlərinə qarşı mübarizə işi daha da güclənlənib”.
"Xeberinfo.com": Bunu “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda keçirilən beynəlxalq konfransda cıxışı zamanı Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini Әli Şəfiyev deyib.
Nazir müavininin sözlərinə görə, əlverişli geostrateji mövqeyə malik olan, iqtisadi baxımdan inkişaf edən Azərbaycan üçün də mütəşəkkil cinayətkarlıqla mübarizə çox aktualdır: "Bu baxımdan narkotiklərin qacaqmalçılığı və və tranzit daşınmaları ilə mübarizədə səylərin birləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Son illər narkotiklərin yayılma coğrafiyası və əhatə etdiyi kontingent xeyli genişlənib, narkomaniya bəlasına düçar olanlar arasında uşaqların, qadınların sayı əvvəlki dövrlərlə müqayisədə artıb. Yaranmış acınacaqlı vəziyyət bütün dünyada, eləcə də ölkəmizdə təcili və təxirə salınmaz tədbirlərin görülməsini zəruri edir". 
Nazir müavini qeyd edib ki,  əgər 2004-cü ildə MTN tərəfindən cəmi 25 kq narkotik vasitə götürülmüşdürsə, 2010-cu ildə bu rəqəm 1 ton 183 kq-a çatıb: "Transmilli, mütəşəkkil cinayətkar dəstələr tərəfindən narkotik vasitələrin İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa marşrutları ilə daşınması kanalları aşkarlanıb, bir necə qrup və ayrı-ayrı şəxslər məsuliyyətə cəlb olunublar”. 
Ә.Şəfiyev deyib ki, narkomanlıq genofondumuza vurulan ağır bəla kimi qiymətləndirilir, ona qarşı ardıcıl mübarizə aparılır: “Düşünürük ki, bu dəhşətli bəla nəinki dövlət qurumları, ictimai təşkilatları, ümumən cəmiyyəti narahat etməlidir. Bu mübarizə yalnız inzibati metodlarla aparılmalı deyil, tutduğu vəzifə və statusundan asılı olmadan hər kəsin işinə çevrilməlidir. Narkomanlığın doğurduğu təhlükələr hərtərəfli qiymətləndirilməli və ona qarşı mübarizə tədbirləri əlaqələndirilmiş formada aparılmalıdır". 
Ә.Şəfiyev onu da bildirib ki, bu gün gənclərin bu bəlaya düçar olmasının başlıca səbəblərindən biri onların bəzi hallarda ailə və cəmiyyətin dəstəyindən kənarda qalmalarıdır: “Yaş, təcrübə və başqa səbəblərlə yanaşı, onların zərərli vərdişlərə yoluxmalarında hüquqi biliklərinin aşağı olmasının da təsiri var. Әlbəttə, cinayətkar şəbəkə və şəxslərin qurbanları olan uşaqlar, gənclər və  qadınların hüquqi müdafiəsi, onların reabilitasiyası üçün müalicələri də daxil olmaqla, müvafiq tədbirlərin görülməsi də zəruridir”.
Nazir müavininin sözlərinə görə, Azərbaycan üçün narkotiklərin qanunsuz dövriyyəsində son illər müşahidə olunan artım tempi həm xarici, həm də daxili amillərlə bağlıdır: “Xarici amillərə gəlincə, bu sırada ən birincisi, Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlamaqla beynəlxalq hüquq və normaların prinsiplərini pozan Ermənistanın milli təhlükəsizliyimiz üçün doğurduğu təhdidlər qeyd olunmalıdır. Ermənistan tərəfindən Dağlıq Qarabağ və işğal altındakı digər ərazilərimizin Azərbaycan hökumətinin və beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevrilməsi, həmin ərazilərdə transmilli mütəşəkkil cinayətkarlığın, o cümlədən narkotik vasitələrin becərilməsi, qanunsuz dövriyyəsi və digər cinayətkar fəaliyyətlərin genişlənməsinə şərait yaradıb.
Narkotiklərin qanunsuz dövriyyəsinə şərait yaradan digər mühüm xarici amil Azərbaycanın geostrateji mövqeyi, şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsidir. Həm bu mövqe, həm də ölkəmizin həyata keçirdiyi regional əhəmiyyətli layihələr və çoxtərəfli inteqrasiya meylləri cinayətkar birliklərin diqqətini bölgəyə cəlb edir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam