Redaktor seçimi
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Günün xəbəri

Erməni hərbçilərin törətdiyi yol qəzaları -579 yaralı

 

Erməni hərbçilərin törətdiyi yol qəzaları - 579 yaralı
Ermənistan Fövqəladə Hallar Nazirliyinin dekabrda hazırladığı statistik məlumatlar bu ölkədə böyük narahatlığa səbəb olub.
 Yenixeber.org: Ermənistan KİV-ləri xəbər verir ki, aparılmış araşdırmalar zamanı Ermənistan Müdafiə Nazirliyinin və işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşdirilən düşmənin ümumqoşun ordusunun hərbi qulluqçularının iştirakı ilə son beş il ərzində baş vermiş nəqliyyat qəzaları və onların səbəbləri haqqında statistik məlumatlar toplanıb.

Məlumatlardan məlum olur ki, son beş il ərzində erməni hərbi hissələrinin balansında olan yük maşınlarının törətdiyi 28 qəza nəticəsində 13 hərbçi ölüb, 285 hərbi qulluqçu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Eyni zamanda, 2018-ci il 18 noyabr tarixinədək olan statistikaya əsasən, hərbi maşınların iştirakı ilə baş verən yol qəzalarında 294 mülki şəxs ölüb.

2013-2018-ci illərdə Ermənistan hərbi birləşmələrinin balansındakı yük avtomobillərinin qəzaya uğraması ilə bağlı 58 cinayət işi açılıb. Qəzalarla bağlı açılan cinayət işlərindən məlum olur ki, hadisələrin 4-ü texniki problemlər, maşınların nasazlığı, istismara yararsızlığı, 4-ü xidmətin düzgün təşkil edilməməsi, nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması, çıxışdan əvvəl avtomobillərin təlimata uyğun yoxlanılmaması, 43-ü isə sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin hazırladığı statistikaya əsasən, 2013-2018-ci illərdə müxtəlif döyüş tapşırıqlarını yerinə yetirən zaman nəqliyyat və yük avtomobillərinin aşması ilə nəticələnən 101 hadisə baş verib.

Qəzaya uğramış yük avtomobillərindən 22-si Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən düşmən ordusunun bölmələrində, 35-i isə Ermənistandakı hərbi hissələrdə qeydiyyatdadır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam